Günün ulduz falı (09.01.2014)

QOÇ

Hesabla bağlı məsələlərdə səhvə yol verə bilərsiniz. Bu üzdən günün birinci yarısında edilən alış-veriş uğurlu olmayacaq. Işdə konflikt yaşana bilər.

BUĞA

Qarşınıza qoyduğunuz məqsədə nail olacaqsınız. Təkcə özünüzün deyil, ətrafdakıların da nazını çəkirsiniz. Əliaçıqlığınız ucbatından çətin ki, əlinizdə pul qalsın.

ƏKIZLƏR

Əvvəllər tez-tez mübahisə etdiyiniz yaşlı qohumlarla yaxşı dil tapacaqsınız. Yaxşı olar ki, planlaşdırılmamış səfərdən uzaq durasınız. Işgüzar tapşırığın öhdəsindən yaxşı gələcəksiniz.

XƏRÇƏNG

Təsadüfi tanışlıqla baş gicəlləndirən macəranın təməli qoyulan gündür. Bürcün aralarında soyuqluq yaşanan cütlüklərinin də münasibətləri yaxşılaşacaq.

ŞIR

Işgüzar müstəvidə yeni müttəfiq qazanmaq şansınız var. Çalışın, bu gün qohumlarla münasibətiniz yaxşı olsun. Çünki bu gün mübahisə etsəniz, küsülülük uzun müddət davam edəcək. 

QIZ

Çəkdiyiniz əziyyətin müqabilində tezliklə mükafatlandırılacağınıza ümid etməyin. Ətrafdakılar sizinlə dərdini bölüşəcək. Həyat eşqiniz yüksək olacaq.

TƏRƏZI

Gün darıxdırıcı ola bilər. Yaxşı olar ki, boş vaxtınızı maraqlı bir işə, qeyri-adi əyləncəyə həsr edəsiniz. Bürcün bəzi nümayəndələri özlərinə yeni hobbi tapacaqlar.

ƏQRƏB

Çoxlarının sizin yardımınıza ehtiyacı var. Yaxınlarla aranızda boş yerə söz-söhbət yaşanacaq. Axşama doğru yorğunluqdan üzüləcəksiniz. Bu səbəbdən də səbrsiz və əsəbi olacaqsınız.

 OXATAN

Işgüzar danışıqlar uğurlu olacaq. Bu gün daxil olan informasiyaya inanmamışdan əvvəl onun etibarlı mənbədən qaynaqlandığına əmin olun. Eksperiment aparmaq üçün münasib gün deyil.

OĞLAQ

Intellektual potensialınız yüksək olacaq. Müşahidə etmək qabiliyyətiniz yüksək olduğundan rəqibləriniz üzərində qələbə çalacaqsınız. Şəxsi müstəvidə vəziyyət xoş olacaq.

DOLÇA

Həmkarlarla və rəhbərliklə dil tapmaq çətin olduğundan konflikt yaranacaq. Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki xəstəlik özünü göstərə bilər.

BALIQLAR

Yaxınlarla aranızda münaqişə baş verə bilər. Yaxşı olar ki, ailə-məişət məsələlərini bu gün müzakirəyə çıxarmayasınız. Səbrli olun, başqalarının istək və təkliflərini də nəzərə alın.