Gülağa Aslanlı: «Müsavat Partiyasında Milli Şura ilə bağlı hər hansı parçalanmanın olacağı barədə iddialar əsassızdır»
“Zahid Orucun söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil”. Bu sözləri “Azadlıq”a Müsavat başqanının müavini Gülağa Aslanlı deputat Zahid Orucun fikirlərinə münasibət bildirərkən deyib.
Zahid Oruc publika.az-a açıqlamasında iddia edib ki, yaxın zamanlarda Milli Şuranın varlığına son qoyulacaq. Onun iddiasına görə, əgər Milli Şura saxlanılacaqsa belə görünən tərkibdən olmayacaq. “Mən ikinci eşolunda dayananaların, xüsusilə də öz növbəsini gözləyənləin rəhbərliklərinə qarşı itaətsizliklər çağırışlarının dərinləşcəyini, yeni addımların olacağını gözləyirəm” deyən deputat əlavə edib ki, konkret olaraq Müsavatda Isa Qəmbər bunu dərk etməyəcəksə, onun ətrafında qüvvələrin yeni partiyaya çevriləcəyinin anonsu verilə bilər.
Gülağa Aslanlı isə Müsavat Partiyasında hər hansı ziddiyyətlərin olmadığını bildirib: “Konkret Milli Şurada qalıb-qalmamaq məsələsinə gəlincə, bu, Müsavat Partiyası üçün o qədər əhəmiyyət daşıyan məsələ deyil. Yəni, Müsavat Partiyasında bu məsələ ilə bağlı hər hansı parçalanmanın olacağı barədə iddialar əsassızdır. Ümumiyyətlə isə Müsavat Partiyasında hansısa ziddiyyətlər yoxdur. Partiyada demokratik mühit var və bütün məsələlər müzakirələr nəticəsində həll olunur. Burada hər hansı ziddiyyətlərdən, parçalanmadan söhbət gedə bilməz”.
Azad