“Azadlıq” ABŞ-da mükafata təqdim olundu

“Azadlıq” qezetinin ABŞ-da beynəlxalq mükafata namizədliyi irəli sürülüb. ABŞ-ın «Con Talli adına Söz Azadlığı Mərkəzi» «Azadlıq» qəzetini 2014-cü il üçün «söz azadlığı» mükafatı namizədlərinin siyahısına daxil edib. Bu mükfat hər il söz azadlığının təmini sahəsində ciddi problemlərlə üzləşən, söz azadlığı prinsiplərini sona qədər müdafiə etdiyi üçün ağır təzyiqlərə məruz qalan nəşrlərə, jurnalistlərə verilir. Namizədlər amerikalı jurnalistlər, vəkillər, alimlər tərəfindən seçilib. Mükfatın kimə verilməsini Nyu-Yorkda yerləşən Sirakuz Universitetinin tələbə və müəllim heyətindən seçilmiş xüsusi qrup müəyyənləşdirəcək. 

Qeyd edək ki, «söz azadlığı» mükafatı Sirakuz Universitetini bitirmiş jurnalist və hüquqşünas Con Talli tərəfindən təssis edilib. Ölümündən öncə Con Talli bütün varidatını «Talli adına Söz Azadlığı Mərkəzi»nə vəsiət edib. Mükafatın təqdimat mərasimi 2014-cü ilin oktyabrında keçiriləcək. 

Xəyal