Günün ulduz falı (31.12.2013)

QOÇ

Işə aid yeni ideyalarınız sizi önə çıxara bilər. Karyera yüksəlişi istisna deyil. Sürətli hərəkət edəcəyiniz gündür. Artan iş yükünüzə baxmayaraq, bir çox məsələləri həll edə biləcəksiniz. 

BUĞA

Enerjilisiniz, başqalarının özlərinə dərd etdiyi işin ağırlığı sizi qorxutmur. Bu əhvalınız yaxın ətrafınızı da ruhlandırır. Ulduzlar belə nikbin qalmağı tövsiyə edir.

ƏKIZLƏR

Günün xoş keçməsi sizin həyata nikbin baxışlarınızdan qaynaqlanır. Bu gün hamı ilə dil tapacaqsınız. Dostlarla ünsiyyətdən xüsusi zövq alacaqsınız. 

XƏRÇƏNG

Xasiyyətinizlə asan dost tapırsınız. Həyata nikbin baxışınızı itirməyin. Bu gün bir qonağınız sizi sevindirəcək. Onunla birlikdə gələcəyinizə dair bəzi planlar qura bilərsiniz.

ŞIR

Sevdiyiniz şəxslə görüş üçün əlverişli gündür. Qida rasionunuzda sağlam qidalara yer verin. Ayaqüstü yeməklərlə daxili orqanlarınızın funksiyasını pozmayın. 

QIZ

Qısa bir tətilə ehtiyacınız var. Səbirli davranmalısınız. Indiyə qədər çətinlik qaynağı olan əlaqələrin artıq maddi tərəfi ilə maraqlanmanız sizə qazanc gətirəcək.

TƏRƏZI

Boş vaxtınızda sevdiyiniz işlə məşğul olmaq imkanı yaranacaq. Gününüzü maraqlı keçirməyi bacarın. Dincəlin, axşam saatlarında dostların əhatəsində gəzintiyə çıxın. 

ƏQRƏB

Boş vaxtınızı səmərəsiz işlərə sərf etməyin. Yorğun olandan sonra vacib işə girişməyinizin də mənası yoxdur. Yarımçıq qalan işləri tamamlayın.

OXATAN

Vacib olmayan alış-verişə pul xərcləməyin. Bu günə təyin olunan işgüzar səfər də yaxşı keçməyəcək. Şəxsi müstəvidə pozitiv vəziyyət hökm sürəcək.

OĞLAQ

Bu gün, xüsusilə də həmkarlarla, işgüzar partnyorlarla, müdriyyətlə ünsiyyətdə səbirli olmalısınız. Yaxşı olar ki, bu gün alış-veriş və ya sövdələşmə etməyəsiniz. Ən yaxın adamla aranızda fikir ayrılığı yaşanacaq.

DOLÇA

Şəxsi müstəvidə vəziyyət qaydasında olacaq. Iş sferasında uğurlar istisna deyil. Ən yaxın adamınız xoş sürprizlə sizi sevindirə bilər.

BALIQLAR

Maddi baxımdan olduqca uğurlu işlərə imza atacaqsınız. Səbirli olmalısınız. Əldə etdiyini maddi qazanc sayəsində bəzi maddi problemlərinizi həll edə bilərsiniz.