Qarabağ qazisi Zaur Həsənovun özünü intihar həddinə çatdırılması ilə əlaqədar Fəvvarələr Meydanında keçirilən aksiyada tutulanlar Səbayel rayon polis idarəsinə aparılıb. Maraqlısı odur ki, onları məhkəməyə aparmadan eləcə idarənin özündə cərimələyiblər.
AXCP:
Toğrul İbrahim – 300 manat
Sabir Məmmədov – 300 manat
Natiq Rüstəmli – 300 manat
Qərib Musayev – 300 manat
Bəxtiyar Hüseynov – 300 manat
Çilənəy Seyidli – 300 manat
Kamilla Əhmədova – 300 manat
Mahirə Hüseynova – 300 manat
Müsavat:
Xəyyam Məmməd – 300 manat
Ələkbər Rzayev 300 manat
Qarabağ qaziləri:
Cavanşir Osmanlı 350 manat
İldirim Təhməzov 300 manat,
Bitərəflər:
Novruz Novruzov 300 manat
Məcid Vahid 500 manat
AXCP üzvləri Kəmalə Bənənyarlı, Bəyim Həsənli, Orxan Carçı, Türkel Azərtürk və Müsavatçı Cavid Hacıbəyli bu gün polis idarəsinə gəlmələri barədə iltizam alaraq buraxılıblar.
Yalnız Samir Poladovu Səbayel rayon məhkəməsinə apararaq barəsində 15 sutka cəza kəsiblər.
Orxan Eyyubzadə protokola qol çəkmədiyinə görə, döyülüb. O cümlədən Orxan Carçını polis idarəsində təzyiqlərə məruz qalıb.
Ramin DEKO