QOÇ
Işdə səliqəli omağa çalışın. Bütün işlərinizi planlı şəkildə görün. Xarici görkəminizə diqqət yetirin. Əks cinsin nümayəndələrinin diqqətini çəkmək şansınız olacaq.
BUĞA
Uğurlu gündür. Müdiriyyət ideyalarınızı bəyənəcək. Paxıllığınızı çəkənlər də olacaq. Buna əhəmiyyət verməyin. Əsas odur ki, dost seçimində yanılmayın.
ƏKIZLƏR
Işlərinizdə axsamalar ola bilər. Yaxşı olar ki, yaxın ətrafdan yardım istəyəsiniz. Hamı ilə dil tapacaqsınız. Bundan səmərəli istifadə etmək olar.
XƏRÇƏNG
Maliyyə işlərində ehtiyatlı olun. Diqqət dağınıqlığı gözlənilir. Hesab işləri aparmaq üçün münasib gün deyil. Ev işləri, evdə əşyaların yerdəyişməsi üçün əlverişli gündür.
ŞIR
Daha ciddi işlərlə məşğul olmaq lazımdır. Hövsələsizlik etməyin. Son zamanlar atdığınız addımlar yaxınlarınızın qəzəbinə səbəb olacaq.
QIZ
Işlərin çoxluğundan gileylənməkdənsə, planlı hərəkət edin. Cəsarət tələb edən addımlar atmaqdan çəkinməyin. Ailə üzvləriniz sizə dəstək olacaq.
TƏRƏZI
Günün əvvəlində alacağınız xəbər sizi həyəcanlandıracaq. Yeni informasiya planlarınızı dəyişməyə vadar edəcək. Günün ikinci yarısı isə daha uğurlu olacaq. Şərikli işə başlamaq olar.
ƏQRƏB
Yaradıcılıq fəaliyyəti baxımından əla gündür. Işlə bağlı maraqlı ideyalarınız olacaq. Onların yaxın vaxtlarda reallaşacağına şübhə etməyin. Ailədə xırda anlaşılmazlıq ola bilər.
OXATAN
Yaxşı bələd olmadığınız adamlar sizə problemlər yaradacaq. Uğursuz sövdələşmə, maliyyə itkisi istisna deyil. Bu gün əlinizə aldığınız işləri müəyyən müddətdən sonra sona çatdıracaqsınız. Nəticə çox uğurlu olacaq.
OĞLAQ
Maraqlı işlə məşğul olacaqsınız, vacib məsələləri həll edəcəksiniz. Işgüzar müstəvidə mövqeyinizi möhkəmləndirmək şansınız yaranacaq. Rəqibləri geridə qoymaq üçün hiyləyə əl atmalı olacaqsınız. Əhvalınız heç nədən korlana bilər.
DOLÇA
Işdə çətinliklər ola bilər. Müdiriyyətlə, həmkarlarla aranızda fikir ayrılığı yaşanacaq. Buna baxmayaraq, həyat eşqi yüksək olacaq. Sükan arxasında, xüsusilə də günün ikinci yarısında uzun səfər etmək məsləhət deyil.
BALIQLAR
Böyük miqyaslı işlərin reallaşdırılması baxımından məhsuldar gündür, vacib sənədlərə imza atmaq olar. Təhsildə uğur istisna deyil. Gün xoş görüşlərilə yadda qalacaq. Sevdiyiniz adamın sizi qısqanmasına imkan verməyin. Bu gün təməli qoyulan qısqanclıq münasibətlərinizi uzun müddətli korlaya bilər.