Zərrabın iranlı ortağının maraqlı fotoları yayıldı

Türkiyədəki rüşvət əməliyyatında adı həbs edilən iş adamı Rza Zərrabın ortağı kimi keçən iranlı milyarder Babək Zəncaninin maraqlı fotoları yayılıb. “Habertürk” xəbər verir ki, Zəncani facebook səhifəsində “Bəsic”in komandanı Həsən Mirkazımı ilə əlində silah çəkilmiş fotoları yerləşdirilib.
İran mətbuatı isə onun Rza Zərrabla əlaqələrinə diqqət yetirib. “Qanun” qəzeti Zərrabın Zəncani ilə birlikdə çalışdığını yazıb. Bundan başqa, İran mətbuatında Zəncaninin kesloda oturduğu, arxa divarda isə Zərrabın həyat yoldaşı Ebru Gündəşlə birgə fotosunun asıldığını göstərən foto yayılıb.