Günay Musayeva: “O, Əbru Gündəşlə Günelin sayəsində tanış olmuşdu… Azərbaycandakı yaxın rəfiqələrimi də aldatdı”
Türkiyədə dekabrın 17-də nazirlərə və oğullarına milyonlarla dollar rüşvət verməkdə ittiham olunaraq həbs edilən İran əsilli azərbaycanlı milyarder Rza Zərrabla bağlı daha bir fakt üzə çıxıb.
Türkiyədə aktyor Tolqa Karelin arvadı, azərbaycanlı model Günay Musayeva bildirib ki, Rza Zərrab onun Azərbaycandakı rəfiqələrini və dostlarını da aldadıb. G.Müsayeva bu gün səhər “Beyaz TV” telekanalında yayımlanan “Söyləməzsəm olmaz” proqramının qonağı olub və rəfiqəsi, müğənni Günel Zeynalova ilə milyarder Rza Zərrab arasındakı münasibətlərdən danışıb (virtualaz.org).
G.Musayeva deyib ki, o, Rza Zərrabın keçmiş sevgilisi olan Günellə yaxın rəfiqədir. G.Musayeva Rza Zərrabın həbsindən sonra – dekabrın 23-də Günellə danışdığını bildirib: “Günelə Rza Zərrab tərəfindən böyük haqsızlıq edildi. Günel Rza Zərrabdan heç nə almadı… Əbru Gündəş üçün villalar alınarkən Rza Günelə bir çiçək də almadı”.
G.Musayeva deyib ki, Rza Zərrab Əbru Gündəş, İbrahim Tatlısəs kimi şəxslərlə məhz Günelin sayəsində tanış olmuşdu. O, Rza Zərrabın Azərbaycandakı yaxın rəfiqələrini da aldatdığını bildirib.
“Aldadılan rəfiqələrimin də uşaqları var idi, Rza Zərrab onları da pis vəziyyətə saldı. Bunlar Azərbaycanda məlum olan şeylərdir” – deyə model bildirib.
O deyib ki, Əbru Gündəş Rza Zərrabın əməllərindən xəbərdar idi və rəfiqəsi Günel Zeynalova “hər şeyə rəğmən dimdik ayaqdadır”.
Söhbət zamanı G.Musayeva əri Tolqa Karellə boşanmağa hazırlaşmadığını da deyib.
“Günel Rza Zərrabın lüks evini soyub Azərbaycana qaçdı…”
Türkiyənin “Bu gün” qəzetinin yazarı Aykut İşıklar isə bugünkü köşə yazısında Rza Zərrabla Günel Zeynalovanın münasibətlərinə yer ayırıb və Günelin Zərrabı soyaraq Azərbaycana qaçdığını yazıb: “Rza Zərrab 2008-ci ilin sentyabr ayında yenə polis idarələrində və məhkəmə dəhlizlərində dolaşırdı. Ancaq o zaman “aman, məni qurtarın, bu kiçik qız məni öldürəcək” deyə ağlayırdı. Cümhuriyyət prokuroruna şikayət ərizəsi vermişdi. O qız uşaqlıq aşkı Günel Zeynalova idi. Rzanın 8 illik böyük aşkı Azəri müğənni Günel… Bu ad o dövrlərdə maqazin mediasında çox yer almışdı.
Daha sonra Rzanın yeni aşkı Əbru Gündəşlə birlikdə Günelin adını çox oxuduq. Günel hər yerdə “Əbru 8 illik sevgilimi əlimdən aldı” deyirdi.
İşin ilginc tərəfi də patronu İbrahim Tatlısəs olmuşdu. Bir yandan adam öldürməyə təşəbbüs etməkdə ittiham olunur, digər yandan “Sevgilimi əlimdən aldı” deyərək Əbru Gündəşi ittiham edirdi.
Tatlısəs arada qalmışdı. İbrahim Tatlısəs o günlərdə Rza ilə görüşdümü – bilmirəm, arayamı girdi – bilmirəm. Bildiyim tək şey Günelin bir gün ortadan qeyb olması idi. Rzanın lüks evini soyub boşaltdığı… Sonradan öyrəndim ki, çox tələsik Azərbaycana gedib.
O günlərdə Rza Zərrabın keçmiş sevgilisi haqda məhkəməyə verdiyi ərizəni də xatırlayıram. Günelin özünü müdafiə etməsi də çox komik idi…”.