Dekabrın 24-ü səhər saatlarından “Media forum” saytına yenidən güclü haker hücumu edilib. Nəticədə bir neçə saat saytın açılmasında və materialların yerləşdirilməsində problemlər yaranıb.
Dekabrın 19-da da “Media forum” saytına kəskin haker hücumu olmuşdu. Mütəxəssislərin hesablamasına görə, həmin gün səhər saatlarından axşam saat 7-yə qədər serverə əsasən xarici İP-lərdən 300 min dəfədən çox süni bağlantı olub, bu isə saytın işini iflic edib.