Hakimiyyət ucuzlaşma şousuna başlayır

İcra başçılarına yarmarkalara ucuz qiymətə ərzaq məhsulları daşımaq tapşırılıb

Azərbaycan hakimiyyəti bahalaşmanı kölgədə qoymaq üçün şouya başlayır. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, icra başçılarına yarmarkalara ucuz qiymətə ərzaq məhsullarının daşınması tapşırılıb. Bu məhsulların içində kartof, yumurta və ət xüsusi yer tutur. Həmçinin icra başçılarına tapşırılıb ki, adıçkəilən məhsulların qiymətinə ciddi nəzarət olunsun. Hakimiyyət bununla guya ölkədə bahalaşma olmadığı barədə rəy yaratmağa çalışır.
Xatırladaq ki, benzinin bahalaşması təbii olaraq ərzaq məhsullarının da qiymətlərində sıçrayışa səbəb olub. Hakimiyyət bu bahalaşmanın qarşısını ala bilməyəcəyinin fərqindədir. Çünki bahalaşmaya səbəb benzinin qiymətinin artırılmasıdır. Bu baxımdan da iqtidar ideoloqları hesab edir ki, bahalaşma olmadığı görüntüsü yaratmaq yeni il qabağı yarmarkalarda “ucuzluq” yaratsınlar. Bu əlbəttə ki, müvəqqəti xarakter daşıyacaq. Və böyük ehtimalla yeni ildə bahalaşmanın növbəti dalğası gələcək.