Ən sərfəli avtomobillər açıqlanıb

ABŞ-ın Consumer Reports nəşri ölkədə almaq üçün ən sərfəli və sərfəli olmayan avtomobilləri açıqlayıb. On mövqedən doqquzu yaponlara məxsusdur.

Araşdırmada 200 avtomobil nəzərdən keçirilib. Mütəxəssislər bir sıra faktorlara nəzər salıb. Bura avtomobilin dinamik xarakteristikası, istismar qiyməti və təmiri, həmçinin etibarlılıq, praktiklik və təhlükəsizliyi daxildir. 

Ən sərfəli avtomobillərdən doqquzu  yapon, biri isə alman istehsalıdır. Yeganə Almaniya avtomobili SUV sinfində ən yaxşı krossover seçilmiş BMW X1 olub. 

Ən sərfəli avtomobillər bunlardır:

Toyota Prius

Subaru Legacy 2.5i Premium

Toyota Avalon Hybrid Limited

Lexus ES 300h

Mazda MX-5 Miata

Mazda5

Subaru Forester 2.5i Premium

Nissan Murano SL

BMW X1 xDrive28i

Honda Ridgeline RTS

Sərfəli olmayan avtomobillər isə bunlardır:

Volkswagen Beetle 2.5L

Nissan Altima 3.5 SL

Ford Taurus Limited

BMW 750Li

Chevrolet Camaro Convertible 2SS (V8)

Chrysler Town & Country Touring-L

Ford Escape SE (1.6T)

Jeep Wrangler Unlimited Sahara

Nissan Armada Platinum

Ford F-250 Lariat (6.7L V8)

azadliq.info