ATV və “Sabah” satıldı

Türkiyənin populyar ATV kanalı və “Sabah” qəzeti satılıb. Bu media quruluşlarının yeni sahibi Türkiyədə bir çox mühüm infrastruktur layihələrinə imza atan “Kalyon” inşaat şirkətidir. Media orqanlarının neçəyə satıldığı haqda məlumat verilmir.
ATV və “Sabah” sonuncu dəfə 2008-ci ildə 1.1 milyard dollara Çalık Qrupuna satılmışdı. Çalık Qrupunun bu media orqanlarını satmaq istədiyi xəbəri də xeyli vaxt idi dolaşırdı.