Yumurta niyə bahalaşdı?

Vahid Məhərrəmov: «Hökumətin qiymət artımı sahibkarlara fürsət verib»

Azərbaycanda qida məhsullarındakı bahalaşma yumurtanın qiymətində də aydın şəkildə özünü göstərir. Son günlər yumurtanın qiyməti topdansatış obyektlərində pərakəndə satış qiymətinə qalxıb.
Bu artımın nədən irəli gəldiyi barədə danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bahalaşmanı enerji daşıyıcıları, xüsusən də dizelin, benzinin qiymətinin qalxmasıyla əlaqələndirir: “Qiymət artımı uzun müddətdir yumurtanın sənaye üsuluyla istehsalıyla məşğul olan sahibkarların gözlədiyi amil idi. Onlar istehsal etdikləri məhsuldan onsuz da yaxşı gəlir əldə edə bilmirdilər. Bu da  yumurtanın istehsalında xaricdən gətirilən baha yem komponentindən istifadə olunmasıyla əlaqədardır.
Bizim  hesablamalarımıza görə, yumurta istehsalı 10-11 qəpiyə başa gəlir ki, sahibkarlar da onu topdansatışda bu qiymətə realizə edirdilər. Amma hökumətin qiymət artımı onlara bir fürsət və imkan verdi, sahibkarlar da bundan yetərincə istifadə etdi”.

Nigar