QOÇ
Bu gün üçün işinizi planlaşdıranda nəzərə alın ki, ən asan iş belə vaxtınızı çox aparacaq. Eyni zamanda yolda ləngimələr ola bilər. Bu səbəbdən gözləməyi sevməyən adamlarla bu günə görüş təyin etməyin. Bürcün meteohəssas nümayəndələrini yüngül başağrıları narahat edəcək. Televizor, kompüter qarşısında çox oturmayın.
BUĞA
Günün maliyyə mənzərəsi xoş olmayacaq. Bu səbəbdən vacib olmayan alış-verişə pul xərcləməyin. Bu günə təyin olunan işgüzar səfər də yaxşı keçməyəcək. Çoxdan tanıdığınız müttəfiqlə münasibətiniz korlana bilər. Şəxsi müstəvidə pozitiv vəziyyət hökm sürəcək.
ƏKIZLƏR
Bu gün səbirli olmalısınız. Xüsusilə də söhbət həmkarlarla, işgüzar partnyorlarla, müdriyyətlə ünsiyyətdən gedirsə. Şərikli iş aparmaq üçün də əlverişsiz gündür. Yaxşı olar ki, bu gün alış-veriş və ya sövdələşmə etməyəsiniz. Ən yaxın adamla aranızda fikir ayrılığı yaşanacaq.
XƏRÇƏNG
Günün birinci yarısı uğurlu olacaq. Çoxdankı düşməninizə qalib gəmək, mövqeyinizi möhkəmlətmək şansınız var. Şəxsi müstəvi, karyera ilə bağlı qərar qəbul edə bilərsiniz. Günün ikinci yarısı uğurlu sayılmaz. Sakit, yorucu olmayan işlə məşğul olun. Sakit istirahət üçün zaman ayırın.
ŞIR
Çox çətin gündür. Günün sevindirici tərəfi budur ki, problemlər müvəqqəti xarakter daşıyır və öz həllini tapacaq. Uzunmüddətli məsuliyyət tələb edən işləri öz üzərinizə götürməyin. Hökumət orqanının nümayəndələri ilə görüşdən bu gün uzaq olun.
QIZ
Uğur qazanmaq ehtimalı böyükdür. Son zamanlar dil tapa bilmədiyiniz adamla bu gün ünsiyyətiniz baş tutacaq. Böyük məbləğli alış-veriş, daşınmaz əmlakın hüquqi baxımından həlli üçün məhsuldar gündür. Gözlənilməz hədiyyə alacağınız istisna deyil.
TƏRƏZI
Işdə uğur gözlənilir. Ulduzlar ya əmək haqqınızın, ya da karyeranızın yüksələcəyindən xəbər verir. Işlə bağlı maraqlı təkliflər eşidəcəksiniz. Bu gün romantik görüş yaxşı keçəcək. Bürcün tənha nümayəndələrini isə maraqlı tanışlıq gözləyir.
ƏQRƏB
Bugünkü əməkdaşlıq effektli olacaq, ancaq psixoloji baxımdan komfortlu olmayacaq. Bu gün həmkarlarınızla, xüsusilə də qadınlarla münasibətiniz pis olacaq, tez-tez mübahisə edəcəksiniz. Yaxşı olar ki, şəxsi və işgüzar münasibətləri qarışdırmayasınız. Gün boyu əhvalınız yaxşı olacaq.
OXATAN
Sakit gündür. Təhsildə uğur gözlənilir. Maraqlı şəxslərlə görüşəcəksiniz. Günün maliyyə mənzərəsi də yaxşı olacaq. Günorta vaxtları köhnə tanışlardan gələn xəbərlə, ya da gözlənilməz dəvətlə sizi sevindirəcək. Günün ikinci yarısını küçədə keçirəcəksinizsə, onda isti geyinin. Çünki soyuqlamaq ehtimalı var.
OĞLAQ
Uğurlar istisna deyil. Intuisiyanıza qulaq asın. Bu gün aldığınız informasiya yaxın zamanlarda işinizə yarayacaq. Maliyyə, daşınmaz əmlakla bağlı məsələlərin həlli üçün əlverişli gündür. Təmir işlərinə başlamaq olar.
DOLÇA
Işgüzar danışıqların aparılması üçün məhsuldar gündür. Işlə bağlı ideyalarınızı müdiriyyətlə paylaşın. Gün ailə üzvlərilə ünsiyyət üçün münasibdir. Ən yaxın adamla aranızda mübahisə düşərsə, bu, keçici olacaq.
BALIQLAR
Vacib informasiyanı yadda saxlamaq bu gün çətin olacaq. Rəsmi sənədlərin imzalaması, hesabat hazırlamaq, hökumət idarəsinə baş vurmaq üçün faydalı gün deyil. Hər xırda məsələni özünüzə dərd etməyin və buna görə yaxınlarınızla mübahisə etməyin.