
Ukraynada Avrointeqrasiya tərəfdarlarının keçirdiyi izdihamlı mitinqdən yeni video yayılıb. Müasir texnologiya vasitəsilə çəkilmiş bu video indiyə qədər “Avromeydan”dan yayılmış ən uğurlu görüntü kimi dəyərləndirilib. Sosial şəbəkələrdə çox paylaşılan videonu BuzzFeed.com-un jurnalisti yayıb. Ancaq operatorun kim olduğu açıqlanmayıb. Video uzaqdan idarə olunan kiçik vertolyot kamera vasitəsilə çəkilib. “Drone journalism” adlanan yeni texnologiya növü bundan əvvəl də önəmli hadisələrdə istifadə olunub. 2011-ci ildə Tim Pool bu texnologiyadan “Occupy Wall Street” layihəsi və Nyu York polislərini müşahidə üçün istifadə edib.


