ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, səfir Yanez Lenarçiç Azərbaycanda tanınmış ictimai fəal, seçki müşahidəçisi Anar Məmmədlinin həbsindən narahatlıq ifadə edən bəyanat yayıb.
Dekabrın 17-də yaydığı bəyantında səfir qeyd edir ki, Anar Məmmədlinin həbsi ilə bağlı öz narahatlıqlarını Azərbaycan hakimiyyətinə də çatdırıblar: “Seçkilərin ictimai müşahidəsini də təhlükəyə atması baxımından Anar Məmmədlinin həbsi narahatlıq doğurur. Bu müşahidənin mövcudluğu ATƏT-ə üzv olan bütün ölkələr, o cümlədən də Azərbaycanın özü üçün seçki proseslərinin dürüstülüyünün təminatıdır.
Biz onun həbsi ilə bağlı vəziyyəti yaxından izləyəcəyik. Ümid edirik ki, bu məsələ Azərbaycanın insan haqları sahəsində ATƏT qarşısında öhdəliklərinə uyğun şəkildə həll ediləcək”.
ATƏT-dən Anar Məmmədli bəyanatı
•


