Hakan Şükürün toyunu Ərdoğanla Gülən edib VİDEO

Məşhur futbolçu Hakan Şükürün Türkiyənin hakim partiyası olan AK Partiyadan istefa verməsi ciddi müzakirələrə yol açıb. Türk mediası 1995-ci il tarixini bir daha gündəmə daşıyıb və Hakan Şükürün nikah mərasimi görüntülənib.

Beləliklə, 1995-ci il, Hakan Şükürün toyu: o zaman İstanbul bələdiyyə başqanı olan Rəcəb Tayyib Ərdoğan futbolçunun nikahını kəsir, nikah şahidi isə Fətullah Güləndir.   Qeyd edək ki, Fətullah gülənlə Ərdoğan arasında da artıq bir müddətdir soyuq küləklər əsir (axar.az).