ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar SMDT rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat verib. Bəyanat səfirliyin saytında yayılıb.
Bəyanatdfa deyilir ki, ABŞ bu həbsdən dərin narahatlıq keçirir.
“İttihamın təfərrüatı hələ aydın deyil, lakin biz Anar Məmmədlinin həbsinin onun təşkilatının seçkilərin monitorinqi və hesabat verməsi ilə bağlı olub-olmamasını aydınlaşdırmalıyıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərdə qaldırmışıq və bu mövzuda müzakirələrimizi davam edəcəyik. Biz hüquqi prosesin davam etdiyi bir vaxtda cənab Məmmədlini dərhal azad etməyə çağırırıq. Biz və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə bağlı istintaqı diqqətlə izləməyə davam edəcəyik”, – deyə bəyanatda bildirilir.
Səfir SMDT ilə bağlı istintaqı diqqətdə saxlayacaqlarını da bəyan edib.
ABŞ Anar Məmmədliyə azadlıq tələb etdi
•
•


