Anar Əliyevin atası və qardaşları da neft sektorunda işləyir
Dekabrın 10-da Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabatdan sonra cəmiyyətdə “Anar Əliyevin kimliyi” ilə bağlı araşdırmalar gedir. “Yeni Cümhuriyyət” qəzeti apardığı araşdırmalar zamanı maraqlı məlumatlar əldə edib. Həmin məlumatları diqqətə çatdırırıq:
1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev SOCAR-da satış direktorudur.
3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Azadın oğlu Rəsul SOCAR-da mühüm vəzifə daşıyır.
6. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.
7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Rövnəq Abdullayevn qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim SOCAR-da Demontaj sektorunun rəisidir.
9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.
10. Neft Kəmərləri Idarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
11. Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir.
12. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
Araşdırma zamanı o da məlum olub ki, Anar Əliyev soyadını dəyişərək Əlizadə olub.


