KXCP Müsavatın təklifini müzakirə etdi

Dekabrın 16-da Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.Partiya sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət,  partiyadaxili məsələlər  və qərarların icrası müzakirə edilib.

O qeyd edib ki, iclasda  partiyalar arasında müttəfiqlik sazişi  imzalanması ilə bağlı  Müsavat  Partiyasının təklifinə də baxılıb: “Müsavat Partiyasının təklifi ilə bağlı müzakirələrimiz davam edəcək. İlkin müzakirələr hələ başa çatmayıb. Əsas təklif Milli Şuranın gücləndirilməsi və birgə fəaliyyət haqqında olub. Biz bu təklifi indiyə qədər qəbul etdiyimiz qərarların məntiqi davamı kimi qiymətləndiririk”.