ÇL-nın 1/8 final mərhələsinin püşkü atıldı

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının  1/8 final mərhələsinin püşkü atılıb. Bu mərhələdə  iştirakçıları arasında ən çox İngiltərə və Almaniya təmsilçiləri var. Belə ki, hər iki ölkənin 4 klubu mübarizəni davam etdirir. İtaliya, Fransa, Rusiya, Türkiyə və Yunanıstan isə hərəyə bir klubla təmsil olunur.

Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşıb. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə görüşməyib.

“Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya)

“Olimpiakos” (Yunanıstan) – “Mançester Yunayted” (İngiltərə)

“Milan” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya)

“Bayer” (Leverkuzen, Almaniya) – PSJ (Fransa)

“Qalatasaray” (Türkiyə) – “Çelsi” (İngiltərə)

“Şalke” (Almaniya) – “Real” (Madrid, İspaniya)

“Zenit” (Rusiya) – “Borussiya” (Almaniya)

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)