radio-free-europe

Əliyevlə bağlı ifşaedici viktorina

“Azad Avropa” Azərbaycan rəhbərini oxucularına necə təqdim edir?

“Azad Avropa” radiosu “Siz Əliyevləri nə dərəcədə yaxşı tanıyırsınız?” başlığı altında viktorina keçirir. Radionun internet səhifəsində yerləşdirilən sorğuda Əliyevlərin fəaliyyətilə bağlı 10 sual qoyulub. Hər suala da dörd cavab təklif olunur. Bütün sualları cavablandırandan sonra sorğuda iştirak etmiş şəxsin Əliyevlərə nə dərəcə bələd olması barədə rəy verilir.
Sorğunu təqdim edirik:

1. Araşdırma jurnalistikasıyla məşğul olan “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” adlı təşkilat 2012-ci ildə Ilham Əliyevi mükafatlandırmışdı. O mükafat nə idi?

a) Ilin ən qeyri-demokratik lideri
b) Ilin seçki saxtakarı
v) Ilin ən korrupsioner adamı
q) 2012-ci ildə ən çox jurnalist həbs etdirən adam

2. 1960-cı illərdə Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsindən Azərbaycanın lideri postuna yüksəldi. 1982-ci ildə o, Yuri Andropovun rəhbərliyi altında Mərkəzi Komitənin Siyasi Bürosunun tamhüquqlu üzvü oldu. 1987-ci ildə Mixail Qorbaçov hansı səbəbdən onu istefaya getməyə məcbur etdi?

a) korrupsiya
b) loyal olmaması
s) dövlətçilik əleyhinə təbliğat
q) millətlərarası ixtilafa səbəb olma

3. 2003-cü ildə Ilham Əliyev atasının varisi kimi Azərbaycanın prezidenti oldu. Sonrakı iki seçki də daxil olmaqla, onun bu seçkilərdə aldığı ən az səs neçə faiz olub?

a) 53 faiz
b) 75 faiz
v) 85 faiz
q) 95 faiz

4. Azərbaycan hökuməti mərhum Heydər Əliyevin şərəfinə onun heykəllərinin Belqraddan tutmuş, Daşkəndə, Mexikoya qədər bir çox yerlərdə ucaldılması üçün vəsait xərcləyib. Aşağıdakılardan hansı biri onun ətrafında yaradılmış şəxsiyyətə pərəstişin aspekti deyil?

a) Onunla bağlı onlarla muzey
b) Onun adının himnə daxil edilməsi
v) Onun həyatına aid filmlər
q) Onun həyatının öyrənilməsilə məşğul olan elmi müəssisə

5. 2012-ci ilin martında Ilham Əliyev onu “Azərbaycanın əsas düşməni” adlandırdı. O, kim idi?

a) Iran hökuməti
b) “Transparency International”
v) ermənilər
q) Rusiyanın “Qazprom” şirkəti

6. 2013-cü ildə keçirilən prezident seçkiləri öncəsi belə bir ehtimal vardı ki, onu bu postda ailə üzvlərindən biri əvəz edə bilər. Bu kim idi?

a) Oğlu Heydər
b) Həyat yoldaşı Mehriban
v) Qızı Gülnarə
q) Qızı Dariqa

7. Heydər Əliyevin doğulduğu Naxçıvanda hansı Bibliya hadisəsi var?

a) Müqəddəs Qriqorinin doğulduğu yer
b) Müqəddəs Guorqun əjdahanı öldürdüyü yer
v) Adəm və Həvvanın Cənnətdən qovulandan sonra getdiyi yer
q) Nuhun gəmisinin olduğu yer

8. Ilham və Mehriban Əliyevlər, uşaqları – qızları Leyla (1985-ci il) və Arzu (1989-cu il), oğlu Heydər mülkiyyətlə bağlı jurnalist araşdırmasının predmeti olmuşdu…

a) Dubayda 75 milyon dəyərində daşınmaz əmlaklar
b) ölkənin ən böyük mobil operatorlarından olan “Azerfon”
v) Təyyarədə ərzaq təminatı, aeroportda taksi xidməti, təyyarə biletlərinin satışı, aviaşirkətlərə xidmət göstərilməsilə məşğul olan, Bakıdakı “duty-free” mağazalarına nəzarət edən “SW Holding”
q) Yuxarıda sadalananların hamısı

9. 2012-ci ilin iyununda Əliyevlərə qarşı korrupsiya ittihamı ilə əlaqədar Azərbaycan parlamenti hansı addımı atdı?

a) Ilham Əliyev və ailəsinin ünvanına səslənən ittihamları rədd edən bəyanat yayıldı
b) Korporativ müəssisələrə rəhbərlik edən şəxslərin özlərinin icazəsi olmadan o şirkətlər barədə məlumatların verilməsini qadağan edən qanun qəbul olundu
v) Prezident və onun ailə üzvlərinə böhtan atanların ömürlük həbsə məhkum edilməsi üçün qanuna dəyişiklik edildi
q) Bütün yuxarıda sadalanan addımlar atıldı

10.“WikiLeaks”in açıqladığı teleqramlarda ABŞ diplomatları Ilham Əliyevi yürütdüyü daxili və xarici siyasətə görə aşağıdakı presonajlardan hansı ilə müqayisə edirdi?

a) Cekli və Hayd
b) “Xaç atası”ndan Maykl və Sonni Karleoni
v) “Qara gürzə”dən Blaskadder və Baldrik
q) “Alisa möcüzələr diyarında”dan Trulyalya və Tralyalya