Mandela ilə vida mərasimində Obama olayı FOTO

CAR-ın 95 yaşında dünyasını dəyişən keçmiş prezidenti, bütün dünyanın hörmətlə andığı Nelson Mandela ilə təntənəli vida mərasimindən yayılan bir neçə foto ABŞ prezidenti Barak Obama və xanımını bu vida mərasiminin özü qədər diqqət mərkəzinə gətirib. Fotolarda Barak Obamanın yanaşı əyləşdiyi Danimarkanın baş naziri Helle Torninq-Şmidt ilə mehribancasına söhbətləşməsi, onun xanımı Mişelin isə bunu qeyri-məmnunluqla seyr etməsi əksini tapıb.
Fotolardan birində Obama və Helle telefonla özlərini çəkirlər. Hellenin sağında əyləşmiş Britaniyanın baş naziri Devid Kameron da onlara qoşulur. Başqa fotolarda isə Obama Helle ilə deyib-gülür, Mişel Obama isə tərs-tərs onlara baxır. Nəhayət, son fotolar: Obama oturduğu yerdə yoxdur (gümna ki, o, çıxış üçün tribunaya yollanıb) və bundan istifadə edən Mişel ərinin yerində əyləşib. Obama isə qayıdanda məcburən bu dəfə öz xanımının solunda, Helledən bir skamya aralı oturmalı olub.