Aygün Kazımova bəyanat verdi

 “Çirkin piara ehtiyacım yoxdur”

 

Xalq artisti Aygün Kazımova KİV nümayəndələrinə müraciət edib.

Gün.Az xəbər verir ki, xalq artisti müraciətində bildirib ki, indən belə özü haqqında yayılan heç bir dedi-qodu və ya qalmaqala reaksiya verməyəcək.

Sevilən sənətçi “söz verirəm, bir də heç kimin nə gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəyəm. Kimlərinsə hiylələrinin qurbanı olmayacağam” – deyib:

“Bütün KİV nümayəndələrinə müraciət edirəm! Məni kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər. Birtərəfli müsahibələr alıb, adımı münasibətdə olmadığım insanlarla qalmaqallara salmasınlar.

Həm mən, həm də məni sevənlər bundan çox üzülür. Sizdən ricam budur ki, qarşı tərəfin planlı şəkildə hazırladığı ucuz reklam piyarına son qoyasınız, mənim adımı hallandırmayasınız! Bu cür çirkin piara ehtiyacım yoxdur! Arzu etmirəm və heç vaxt da etməmişəm”.

A.Kazımova bütün bunlardan daha çox fanatlarının üzüldüyünü dilə gətirib:

“Sevimli tamaşaçıma, fanlarıma, canlarıma söyləmək istədiklərim var. Bilirəm, hiss edirəm ki, hər dəfə xoşagəlməz söhbət eşidiləndə, sizlərə çox pis təsir edir. Hər dəfə də buna üzülürsünüz, qırılırsınız. Dilxor olursunuz. Elə mən də sizinlə bərabər eyni hissləri yaşayıram. Stress keçirirəm və bu da, çalışmağıma öz təsirini göstərir. Heç sevmirəm bu halımı! İnanın, lider olmaq doğrudan da çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram, inanın”.