
Geridə qalan məhərrəmlikdə Sabirabaddakı təziyə mərasimində bir nəfərin “ələm uçurması” ölkə mediasında geniş rezonans yaratdı. Bu cahillik birmənalı olaraq qınansa da, səbəblər barədə cəsarətlə danışanlar az oldu. Çoxları bəlli səbəbdən Moranlı kəndindəki bu hadisənin kökündə ölkədəki ağır və yarıtmaz sosial-siyasi idarəetmənin durduğunu görməzdən gəldi. İlk gündən yazdım ki, həmin kənddəki bu absurd vəziyyətdən məmnun olan biri varsa, o da Əliyev hakimiyyətidir.
Moranlı Sabirabadın ən ucqar kəndlərindəndir. Bu kənd baxımsızlığı, ağır iqtisadi vəziyyəti ilə seçilir. Kənddin bərbad təhsil və siyasi səviyyəsindən ötən yazılarımızda bəhs etmişik.
Bu günkü məqalədə isə daha çox fotolar danışacaq. Biz Moranlı kəndindəki Asif Mirzəyev adlı ikiqatlı kənd həkim məntəqəsinin fotolarını təqdim edirik. Qapısı qıfıllı qalsa da, bu məntəqə kağlz üzərində insanlara durmadan xidmət edir, analoqsuz şəkildə kənd əhalisinin qayğısına qalır.
Düşünə bilərsiniz ki, bəlkə yuxarıların bu acı mənzərədən xəbəri yoxdur? Özünüzü aldatmayın, kənd camaatı bu məntəqə ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə, eləcə də Prezident Adminitrasiyasına şikayət edib. Amma nə fayda?!
Əldə etdiyimiz məlumata görə, seçki kampaniyasında kənddə təbliğat görüşünə gələn Prezident Admninistrasiyası ərazi idarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Yusif Hümbətova bu bina göstərilib, ondan kömək istənilib, o isə yerli rəhbərliyə tapşırıq verib ki, beş-altı kq əhəng alıb suvasınlar, pəncərədəki “klyonkaları” şüşə ilə əvəzləsinlər. Lakin, hətta bu cür elementar tapşırıq da bu günə qədər yerinə yetirilmir.
Ona görə inzibatı binaların belə, camaatın başına uçduğu yerdə ələmin “uçuması” çox təbiidir.





Natiq


