“DÇ-2014″ün püşkü atıldı

Braziliyanın Kosta-du-Sauipe şəhərində 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Reqlamentə əsasən mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. 

Püşk nəticəsində qruplar belə formalaşıb:

A qrupu: Braziliya, Xorvatiya, Meksika, Kamerun 

B qrupu: İspaniya, Hollandiya, Çili, Avstraliya

C qrupu: Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili, Yaponiya,

D qrupu: Uruqvay, Kosta Rika, İngiltərə, İtaliya

E qrupu: İsveçrə, Ekvador, Fransa, Honduras

F qrupu: Argentina, Bosniya və Herseqovina, İran, Nigeriya 

G qrupu: Almaniya, Portuqaliya, Qana, ABŞ

H qrupu: Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya

Qeyd edək ki, gələn il Braziliyada təşkil olunacaq dünya çempionatının açılış oyunu iyunun 12-nə nəzərdə tutulub. Final matçı isə iyulun 13-də, Rio de Janeyronun məşhur “Marakana” stadionunda keçiriləcək.

azadlıq.info