Siqaret bahalaşıb

Dünəndən etibarən siqaretin qiymətində artım müşahidə olunub. Bütün siqaretlərin qiyməti 10 qəpik artıb. Bu barədə redaksiyamıza istehlakçılar məlumat verib.
Onlar mağazalardan artımın səbəbini soruşduqda bildirilib ki, bahalaşma topdansatış məntəqələrində qiymətlərin qaldırılması ilə əlaqədardır.
Sahibkarlar isə “Azadlıq”a bildirib ki, topdansatış məntəqələri bahalaşmanın səbəbini izah etmir. “Sadəcə deyirlər ki, yeni qiymətlər belədir”, deyə sahibkarlar vurğulayıb.