Ölkə ictimaiyyəti dünya birliyinə çağırış etdi: “Azərbaycanda söz azadlığının sonuncu qalasını qoruyun”
Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri hakimiyyətin təzyiqləri üzündən “Azadlıq” qəzetinin bağlanmaq təhlükəsində olduğuna dair beynəlxalq birliyə müraciət ediblər. Müraciət ABŞ konqresmenlərinə, Avropa Birliyi rəhbərlərinə, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinə ünvanlanıb. Müraciətdə deyilir:
“Azərbaycanda uzun illərdir ki, müstəqil və alternativ fikrin tribunalarına qarşı sərt rəsmi təzyiq davam edir. Bu təzyiqlərin nəticəsində yerli televizya və radioların hamısı çap mətbuatının isə əksəriyyəti ya sıradan çıxarılıb, ya da hakimiyyətin nəzarətindıə çalışmağa məcbur edilib. Bu tendensiyaya qarşı çıxan, beynəlxalq mətbuatda Əliyevlər hakimiyyəti haqqında yayılan ifşaedici materialları çap edən, ölkədə əsas müxalifətin birmənalı tribunası kimi qalan və cəmiyyətin səfərbər olunmasında xüsusi rol oynayan yeganə qəzet kimi “Azadlıq” qəzeti qalıb və indi bu qəzet həyati təhlükə yaşamaqdadır.
Belə ki, “Azadlıq” qəzeti bu illıər ərzindı həm maddi və mənəvi, həm də hakimiyyətin fiziki terroruna məruz qalıb. Baş redaktoru Qənimət Zahid və satirik yazarı Mirzə Sakit həbs edilib, əməkdaşlarından ikisi ikisi bıçaqlanıb (Aqil Xəlil və Fikrət Hüseyinli) və onlar mühacirət etmək məcburiyyətində qalıblar. Qəzetin müxbiri Ramin Deko döyülüb, şöbə müdiri Seymur Həzi oğurlanaraq döyülüb, bir neçə dəfə izlənib, izlənməsini ifşa edən sənədlər ortaya çıxıb. Qəzetin özünə məhkəmələr vasitəsiylə yüz min manata yaxın cərimələr kəsilib. Hakimiyyətin nəzarətində olan “Qasid” yayım firması qəzetin faktiki satılmış nüsxələrinin pulunu redaksiyaya ödəmir, hakimiyyətin nəzarətində olan başqa orqan “Azərbaycan Nışriyyatı” isə qəzetin bu təşkilata yaranmış borclarına görə onu çap etməkdən imtina edir. Qəzetin saytına olan kiber hücumlar isə artıq beynəlxalq internet serverləri üçün problemə çevrilib. Bu mənada “Azadlıq” qəzetinə hücumlar və bunun qəzetin susdurlması ilə nəticələnməsi hakimiyyətin ən ümdə işləri sırasına daxildir.
Demokratiyanı özü üçün əsas dəyər hesab edən yerli bə beynəlxalq ictimaiyyət nümayəndələri bu məslədə ciddi səy birliyi etməlidirlər. Buna görə də biz, bu sənədə imza atan Azərbaycan ictimaiyyətçiləri və siyasətçiləri dünya ictimaiyyətini Azərbaycanda söz və ifadə azadlığının sonuncu qalasını qorumağa çağırııq. Bəyan edirik ki, bu, həm regionda demokratiyanın inkişafı və möhkəmlənməsi, həm də Azərbaycanın dünya təhlükəsizlik sistemində pozitiv yer tuta bilməsi üçün həyati məslələrdən biridir”.
Müraciəti imzalayanlar bunlardır:
Qənimət Zahid -“Azadlıq” qəzetinin baş redaktoru
Rahim Hacıyev – “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini
Cəmil Həsənli – Milli Şuraın prezident seçkilərində namizədi
Hikmət Hacızadə – Siyasi analitik
Xədicə İsmayıl – Araşdırmaçı jurnalist
Leyla yunus – Sülh və Demokratiya İnstitunun direktoru
Arif Əliyev – “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri
Qubad İbadoğlu – İqtisadi Araşdırmalar Mərkəzinin prezidenti
Azər Mehdiyev – İqtisadi Təşəbbüslərə Dəstək Mərkəzinin sədri
Əhməd Abasbəyli – Cəmiyyətin İnkşafı və Mülki Münasibətlər Mərkəzi
İlqar İbrahimoğlu – DEVAMM sədri
Fuad Həsənov – Demokratiya Monitoru
Gültəkin Hacıbəyli – Milli Şura üzvü
Mübariz Tağıyev – Neft , Qaz işçilərinin Hüquqlarının Müdafiəsi Mərkəzi
İntiqam Əliyev – Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri
Məhəmməd Talıblı – İqtisadi Analiz İnstitunun sədri
Aytəkin İmranova – “İslam Demokratiya İnsan Hüquqları” Mərkəzinin sədri
Lətafət Məlikova – “Regional İnsan Hüquqları və Marrifləndirmə” Mərkəzinin sədri
Razi Nurullayev – “Region” Beynəlxalq Analitik Mərəkəzinin prezidenti
Sevil Allahverdiyeva – “Qadın Problemlərinin Araşdırma” Mərkəzinin sədri
Rafiq Tamrazov – “Bərabər İmkanlar” Mərkəzinin sədri
Mehriban Vəzir – Qadınlar üçün Siyasi Mədəniyyət Mərkəzinin direktoru
Məlahət Mürşüdlü – Müstəqil Müəllimlər Birliyinin rəhbəri
İlqar Hüseynli – “Strateji Araşdırmalar” Mərkəzinin prezidenti
Əlövsət Sadıqlı – Təhsil Araşdırmaları Mərkəzinin sədri
Aslan İsmayılov – Vəkil
Qulu Məhərrəmli- Jurnalist
Rəsul Cəfərov- İnsan Hüquqları Klubunun sədri
Zaur Əkbər- Gənclər Klubunun sədri
Emin Hüseynov- RATİ-nin sədri
Rəşid Hacılı- Media Hüquqları İnstitutunun sədri
Ənnağı Hacıbəyli- Azərbaycan Hüquqçular Assosasiyasının sədri
Mehman Əliyev- “Turan” agentliyinin direktoru
Əliabbas Rüstəmov – hüquqşunas
Abuzər Cəfərli – tədqiqatçı jurnalist