“Avropa Birliyi ilə saziş imzalamağı təxirə salmaq və Rusiya-Ukrayna ticarət əlaqələri ilə bağlı danışıqlar aparmağı bizə Rusiya məsləhət görüb”. Ukraynanın baş naziri Nikolay Azarov noyabrın 26-da jurnalistlərə belə açıqlama verib.
Azarov məsləhəti Rusiyadan kimin gördüyünü açıqlamayıb.
Ukrayna hökuməti noyabrın 21-də Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalanmasına hazırlıq prosesini dayandırıb. Hökumət bu addımını Rusiya və digər MDB ölkələri ilə iqtisadi münasibətlərdə itkilərlə bağlayıb. Müxalifət hökumətin arqumentlərini qəbul etmir və bu həftə Vilnüsdə keçiriləcək Şərq tərəfdaşlığı sammitində Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalanmasına çağırır (media forum).
Ukraynanın baş naziri: “Rusiya belə məsləhət gördü”
•