Günün ulduz falı (25.11.2013)

QOÇ

Istənilən professional tapşırığın öhdəsindən gəlmək üçün əla gündür. Işgüzar danışıqlar yaxşı keçəcək. Ulduzlar romantik görüşlərin də pis keçməyəcəyini bildirir. Bir sözlə, işləriniz özü-özlüyündə qaydasına düşəcək.

BUĞA

Qarışıq gündür. Yaradıcılıq qabiliyyətləriniz günün ikinci yarısında artacaq. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, gülərüz olun. Aqressiv olmayın. Axşam saatlarında qüvvənizi bərpa edin.

ƏKIZLƏR

Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı ekperiment arzuedilməzdir.

XƏRÇƏNG

Münaqişəli situasiyada kompromis imkanı varsa, faydalanın. Təmkinli və səbrli olun, emosional hərəkətlər etməyin. Güzəştə getməyi bacarın, ancaq əsla geri çəkilməyin.

ŞIR

Qəfil qərarlar verməyin. Ehtiyatlı olun, macəra və sərgüzəşt aramayın. Günün ikinci yarısında emosiyalarınızı tarazlayın. Gərəksiz etiraflara qapılmaq sizi zəiflədəcək.

QIZ

Yarımçıq qalmış işlərinizi tamamlayın. Gün şəxsi sferada gözlənilməz dəyişikliklərlə bağlıdır. Ilkin başlanğıcda baş verənlər sizi kədərləndirə bilər. Ancaq narahat olmayın, bu hisslər keçici olacaq.

TƏRƏZI

Bu gün qəti qərar verməyin. Evdə təmir və ya yenidənqurma işləri aparmaq ehtimalı böyükdür. Sevdiyiniz insanla münasibətlərdə güzəştə gedin. Inadkarlığınız yaxşı heç nə vəd etmir.

ƏQRƏB

Hadisələri qabaqlamağa can atmayın. Sizi narahat edən məsələləri anlamağa çalışın. Yeni məsələ ilə maraqlana bilərsiniz. Şəxsi münasibətlərdə təzyiqlərdən uzaq durun. 

OXATAN

Problemlərin həllində bədbinliyə qapılmayın. Alış-veriş üçün əlverişli gün deyil. Günün ikinci yarısında aktiv olun, kənar müdaxilələrə imkan verməyin. Axşam saatlarında dostlarla görüşü təxirə salın.

OĞLAQ

Maliyyə məsələlərinin həlli ehtiyatlı və həssas davranış tələb edir. Əmlak məsələlərinə xüsusi diqqət ayırın. Yaxşı tanımadığınız insanla ünsiyyət sizə yalnız başağrısı və problemlər bəxş edəcək.

DOLÇA

Yaşam potensialının səviyyəsi aşağıdır. Səhhətinizin qayğısına qalın. Zərərli vərdişlərdən birini unutmaq, sağlam həyata keçidə başlamaq üçün yaxşı vaxtdır. Alış-veriş üçün uğurlu gün deyil.

BALIQLAR

Səbirsiz olmayın. Hisslərinizə hakim olun, emosiyalarınıza nəzarət edin. Günün ikinci yarısında müəyyən sahədəki problemlər ağırlaşacaq. Istirahət, əyləncəni hələlik unudun, işlə daha ciddi məşğul olun.