Azərbaycan Avropa çempionu olub

Dünən Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, 9-cu turda Azərbaycan millisi Ermənistan şahmatçıları ilə qarşılaşıblar. Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb – 2:2.

Bu, nəticə qrossmeysterlərimizi razı salıb. İkinci masada oynayan Fransa yığması Rusiya kollektivinə uduzduğundan (2,5:1,5), qərbi avropalılar bizimlə sonadək şərikli liderliklərini qoruya bilməyiblər.

Beləliklə, ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub. Buna qədər, 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilmiş yarışda şahmatçılarımız qalib adını qazanmışdılar.