Keçmiş müdafiə naziri evinin sökülməsi barədə xəbərə aydınlıq gətirdi
Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyev son günlər evinin sökülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. AzVision.az-a açıqlamasında sabiq nazir şəhərin mərkəzində sökülən evinin ona aid olmadığını bildirib.
Haqqında gəzən söz-söhbətlərdən qəzəblənən Səfər Əbiyev qeyd edib ki, bəziləri onunla bağlı heç bir əsası olmayan xəbərlər yayır.
“Onlar belə məlumatlar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyirlər”.
Sabiq müdafiə naziri əvvəlki kimi ölkə rəhbərliyinin etimadını qazandığını və bu illər ərzində öz vəzifə borclarına vicdanla yanaşdığını qeyd edib.
Mətbuatda təkcə Səfər Əbiyevin evinin sökülməsi barədə yazılmayıb. Müdafiə Nazirliyində aparılan kadr dəyişikliklərilə bağlı xəbər və rəylərdə də keçmiş müdafiə nazirinin adı qırmızı xətlə keçir. Işdən çıxarılanların əsasən Səfər Əbiyevə yaxın kadrlar olduğu xüsusi vurğulanır. Görünür, artıq yazılanlar Səfər Əbiyevi də narahat etməyə başlayıb.
Azad


