Türkiyədə onlarla media orqanı “Azadlıq”dan yazdı
“Azadlıq” qəzetinin hakimiyyətin təzyiqlərinin nəticəsi olaraq çapını dayandırması geniş şəkildə Türkiyə mediasında öz əksini tapıb. Türkiyənin “TRThaber” başda olmaqla önəmli informasiya mənbələri öz oxucularını “Azadlıq” üzləşdiyi problemlə tanış ediblər. Onların arasında www.memleket.com.tr, www.sondakika.com, http://www.yenimesaj.com.tr, http://www.haberahval.com kimi saytlar da var. Xəbərlərdə “Azadlıq”ın Azərbaycan üçün önəmi vurğulanır, o ölkədə ən çox oxucusu olan qəzet kimi xarakterizə olunur. Məqalələrdə “Azadlıq”ın məmurlarla məhkəmə şəkişmələri, ağır maddi böhranına da diqqət ayrılıb.


