Hər kəs «Azadlıq»ın köməyinə gəlsin

Mehriban Vəzir: «Haqsızlıqlara məruz qalan və hüququ bu qəzet tərəfindən müdafiə olunan bütün insanlar öz sözçülərinin müdafiəsində durmalıdır»

“Azadlıq”a abunə yazılışı və ianə toplanması üçün noyabrın 15-də, saat 12-də AXCP-nin qərargahında (Nərimanov rayonu, Tələt Şixaliyev 8, Şuşa restoranının yaxınlığı) keçiriləcək marafon keçiriləcək. Ölkənin tanınmış ictimai-siyasi xadimləri Azərbaycanın gələcəyinə biganə olmayan hər bir vətəndaşı bu marafona qatılmağa dəvət edir.

Tanınmış publisist, Milli Şura üzvü Mehriban Vəzir «Azadlıq» qəzetinin bütün cəmiyyətin sözçüsü olduğunu deyir. Ona görə də hər kəs, xüsusilə əzilən, evləri sökülənlər, bütün haqsızlıqlara məruz qalan və hüququ bu qəzet tərəfindən müdafiə olunan insanlar öz sözçülərinin müdafiəsində durmalıdır: «Ona görə çağırış edirəm ki, hər kəs «Azadlıq» qəzetinin imdadına gəlsin».

Fizzə