aliyev-2013musavire2

Əliyev məmurlara nəzarət edəcək xüsusi qurum yaradır

Ölkə başçısı Ali Nəzarət İnspeksiyası ilə vəzifəliləri təftiş etməyə hazırlaşır

Yaxın günlərdə ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə yeni qurum yaradılacaq. Iqtidar mətbəxindən sızan məlumata görə, yeni yaradılan qurum Ali Nəzarət Inspeksiyası adlanacaq. Qurum birbaşa Ilham Əliyevə tabe olacaq.
Ali Nəzarət Inspeksiyasının qarşısında duran əsas vəzifə məmurların fəaliyyətinə nəzarət etmək olacaq. Bu qurum  bir növ prezident yanında xüsusi şöbəni xatırlacaq. Ali Nəzarət Inspeksiyasının rəhbərliyinə kimin gətirələcəyi hələ bəlli deyil. Yalnız o məlumdur ki, Ilham Əliyev məmurları tam nəzarətə götürmək üçün belə bir quruma ehtiyac duyub.

İnformasiya şöbəsi