Jurnalist səkkiz gündür komadadır

Avropa.info-nun qəza keçirən əməkdaşı Sahib İslamov artıq  səkkiz  gündür ki,komadadır.
Bu haqda Avropa.info-ya məlumat verən jurnalistin qardaşı Aqil İslamov  bildirib ki, onun komadan nə vaxt çıxacağı bəlli deyil. “Həkimlər deyirlər ki, İnşallah gələn həftə Sahibin komadan ayılmağı baş verə bilər. Amma dəqiq heç kim bir söz deyə bilmir. Həkim həmçinin deyir ki, bu koma vəziyyəti bir ay da çəkə bilər.Hər şey Allahdandır, gözləyirik. Həkimlər həmçinin qeyd edirlər ki, əsas çətinliklər Sahibin komadan ayılmasından sonra başlanacaq. Bədəninin  demək olar ki, bütün hissələrində əməliyyat həyata keçiriləcək”
Xatırladaq ki,  Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.