Britaniya təşkilatından “Azadlıq”a dəstək çağırışı

“Index on Censorship” qəzetimizi müdafiə üçün beynəlxalq kampaniya başlatdı

Londonda yerləşən kifayət qədər nüfuzlu söz azadlığı təşkilatı olan “Index on Censorship” Azadlıq qəzetinin düşdüyü durumla bağlı rəsmi saytında məqalə yayımlayıb. Məqalədə deyilir ki, Azərbaycanda müstəqli qəzet olan Azadlıq qəzeti bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Təşkilat yazır ki, Binə ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanıın iddiası üzrə Yasamal rayon məhkəməsi “Azadlıq” qəzetinin 30000, qəzetin əməkdaşı Ramin Dekonun 2000 manat məbləğində cərimələnməsi haqda qərar çıxarılıb. Daha sonra Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə də aşağı instansiya məhkəmələrinin qərarın qüvvədə saxlayıb.

Bundan başqa Tağı Əhmədovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsi oktyabrın ayının 25-də “Azadlıq” qəzetinin metropoliten rəisinin iddiası üzrə çıxarılmış qətnamədə tələb olunan məbləğin dərhal ödənməsi barədə qərar çıxarıb. Beləliklə də, Tağı Əhmədovla “Azadlıq” arasındakı cərimənin hissə-hissə ödənilməsi barədə razılaşma ləğv edilib.Qərara görə qəzet Tağı Əhmədova 30 min manat ödəməlidir. Daha sonra təşkilat Gasid yayım şirkətinin qəzetə olan 55000 manat  borcu haqqında yazır.

Məqalədə həmçinin İndex Censorşip təşkilatının əməkdaşı bu ilin sentyabr ayında Azadlıq qəzetinin baş redaktorunun birinci müavini Rahim Haciyevlə görüşdüyünü yazır. Rahim Hacıyev qəzetin ağır duruma düşdüyünü bildirir.  Hazırda qəzetin maliyyə imkanları o qədər məhduddur ki, təzyiqlərin davam edəcəyi təqdirdə qəzetin gələcəyi qeyri müəyyəndir və qəzet  ofis xərclərini ödəmədiyinə görə fəaliyyətini dayandıra bilər deyə Rahim Haciyev məqalədə bildirir.

Məqaləyə bu linkə daxil olmaqla baxa bilərsiniz.