“Azadlıq” qəzeti noyabrın 10 və 11-i satışda olmayacaq. Səbəb 9 noyabr Bayraq Günü münasibətilə şənbə və bazar günləri qəzet yayımı firmalarının işləməməsidir. Kollektiv noyabrın 11-də işə çıxacaq və qəzetin növbəti sayı çərşənbə axşamı, noyabrın 12-də satışda olacaq.
“Azərbaycan” nəşriyyatının borca görə qəzetə çap və başqa xidmətləri noyabrın 12-dən etibarən dayandıracağı haqda xəbərdarlığı qüvvədə qalır. Qəzetin noyabrın 12-dən sonrakı saylarının işıq üzü görüb-gərməyəcəyi bu problemin həlli imkanlarından asılı olacaq.
“Azadlıq” 2 gün satışda olmayacaq
•


