Atatürkün movzleyində gizli otaq FOTO

Atatürkün hamı tərəfindən ziyarət edilən məkanda yox, bu gizli otaqda dəfn olunduğu bildirilir

Türkiyə baş qəragah idarəsi Atatürkün movzleyindəki gizli otağın fotoşəkillərini paylaşıb. Bu otağa ziyarətçilərin girməsi qadağandır. Atatürkün hamı tərəfindən ziyarət edilən məkanda yox, bu gizli otaqda dəfn olunduğu bildirilir. 

Atatürkün məzarı bu otaqda Osmanlı və Səlcuqlu memari üslubunda səkkiuzbucaqlı formada hazırlanıb. Otağın böyük mis qapısı var. Divarlara və döşəməyə qara, ağ, qırmızı mərmər döşənib. Məzarın çevrəsində 81 vilayətdən, habelə Selanikdən, Koreyadakı türk şəhidlər xiyabanından və Selyman şahın qəbrindən gətirilmiş torpaqların qoyulduğu mis vazlar var.