QOÇ
Bu gün zarafatcıl söhbətlərinizlə yoldaşlarınızı şənləndirəcək və isti münasibətlər quracaqsınız. Kollektiv işləriniz də uğurlu olacaq. Daxilən özünüzü çox enerjili hiss edəcəksiniz.
BUĞA
Son dərəcə sakit bir gündür. Bir balaca pul sarıdan korluq çəkəcəksiniz. Bu sıxıntılar üzündən kompleks duyğular əhvalınızı pozaraq narahatlıq yaradacaq.
ƏKIZLƏR
Müxtəlif fikirlər içindəsiniz. Diqqətinizi bir mövzu üzərində cəmləməyiniz çətin olacaq. Fikirlərinizi açıqlayarkən səlis və aydın danışın ki, ətrafdakıların diqqətini cəlb edə biləsiniz.
XƏRÇƏNG
Gəlir mövzusunda maraqlı fürsətlərlə qarşılaşa bilərsiniz. Yüksək enerji ilə işləyəcək və nikbin olacaqsınız. Həm yaxınlarınız, həm də sevdiyiniz şəxs sizi hər mövzuda dəstəkləyəcək.
ŞIR
Yeni qərarlar qəbul edəcəksiniz. Yaxşı olar ki, pessimist fikirlərinizi sevgilinizlə paylaşmayasınız. Yaxınlarınızın ziyarətindən məmnun qalacaqsınız.
QIZ
Emosional gərginliklər keçirəcəksiniz. Buna baxmayaraq, yenə də anlayışlı davranmağı bacaracaqsınız. Səbirsizlik və dalğınlıq da istisna deyil.
TƏRƏZI
Hisslərinizə nəzarət etməniz çətin olacaq. Xoşbəxtlikdən plan üzrə hərəkət edəcəksiniz. Səbirli və qərarlı davranmağı bacarsanız, ətrafınızdakılara təsir edib istəyinizə çata bilərsiniz.
ƏQRƏB
Romantik münasibət daha yaxşı istiqamətdə inkişaf edəcək. Maddi vəziyyətlə bağlı yeni cəhdlərinizdə sevgilinizin dəstəyini alacaq, birlikdə gələcək planlarınızı quracaqsınız. Alğı-satqı və sərmayə sektoruna yönələ bilərsiniz.
OXATAN
Bu gün özünüzü və hadisələri təhlil edəcəksiniz. Özünüzü çox tənbeh etməyin. Günün əsas tələbi odur ki, düşündüklərinizi dərhal dilə gətirməyin.
OĞLAQ
Şən, pozitiv olacağınız bir gündür. Daxili enerjinizdən səmərəli istifadə edin. Ətrafdakılarla asan dil tapacaqsınız. Gəlirlə bağlı yeni mənbələr axtarışındasınız.
DOLÇA
Diqqət tələb edən məsələləri həll edəcəksiniz. Bu gün evinizin daxili quruluşunu dəyişə, planlarınızı tətbiq edə bilərsiniz. Pessimist duyğulardan uzaqlaşıb daha praktik olacağınız gündür.
BALIQLAR
Bu gün ünsiyyətlə bağlı problemlər yaşaya bilərsiniz. Səhv anlamalardan qaynaqlanacaq çətin vəziyyətlərə qarşı tədbirli olun. Qarşı tərəfi sakit şəkildə və diqqətlə dinləməyi bacarın.