QOÇ
Bu gün dostlarınızdan eşidəcəyiniz bir xəbərlə hərəkətə keçəcəksiniz. Ünsiyyət dairənizi genişləndirəcəksiniz. Ictimai fəaliyyət mövzusunda aktiv olacaqsınız. Proyektlərinizi ətrafdakılarla paylaşa bilərsiniz.
BUĞA
Bu gün sevdiyiniz şəxsə qarşı anlayışlı bir rəftar göstərməlisiniz. Səbr və təmkin yerinə düşər. Fiziki işlə məşğul olmayın. Adi, gündəlik işlər üçün əlverişli gündür.
ƏKIZLƏR
Başınız qarışıq olacaq. Dalğınlıq və unutqanlıq üzündən problemlər də çıxa bilər. Diqqət tələb edən mövzularda daha ehtiyatlı davranmalısınız.
XƏRÇƏNG
Özünüzü güclü və yaxşı hiss edəcəyiniz bir gündür. Sevgilinizin isti münasibəti romantik hisslərin yüksəlməsinə səbəb olacaq. Daha əvvəl istədiyiniz mövzu üzərində işlərinizi başlada bilərsiniz.
ŞIR
Bu gün özünüzü daha yaxşı hiss edəcəksiniz. Hadisələri daha düzgün qiymətləndirəcəksiniz. Ancaq ən yaxın adamınıza qarşı şübhəli düşüncələr bəsləyəcəksiniz.
QIZ
Bu gün mühüm faktları unuda bilərsiniz. Son dərəcə hərəkətli bir gündür. Yeni ideyaları reallaşdırmağa çalışacaq və bu istiqamətdə həvəslə işləyəcəksiniz.
TƏRƏZI
Fikirlərinizi açıq və aydın şəkildə ortaya qoyacağınız bir gündür. Son zamanlar işlərin çoxluğundan gileylənirsiniz. Özünüzə vaxt ayıra bilməməyiniz əsəblərinizin korlanmasıyla nəticələnə bilər. Istirahət edin.
ƏQRƏB
Özünüzü yorğun və həvəssiz hiss edəcəyiniz istisna deyil. Kompleks düşüncələr üzündən yorğunluq hissi baş qaldıracaq. Ən yaxın adamınız bu mövzuda sizə mənəvi dayaq duracaq.
OXATAN
Yoldaşlarınızın dəvətini qəbul etməklə əsəblərinizi sakitləşdirə bilərsiniz. Bir sözlə, qara fikirlərdən sıyrılıb dostlarınızla şən vaxt keçirə bilərsiniz. Ümumilkdə gün uğurludur.
OĞLAQ
Romantik münasibət çox xoş müstəvidə inkişaf edəcək. Işlərinizi sürətləndirəcəksiniz. Uğurlu sərmayələr də istisna deyil.
DOLÇA
Həyatınızda yeni dövrə başlamaq üçün böyük bir səy göstərəcəksiniz. Günün hadisələri sizin gözlədiyinizin xaricində olacaq. Pessimist olmayın, şübhəli fikirləri başınızda uzaqlaşdırın.
BALIQLAR
Kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirin. Sizi qısqananlar haqqınızda dedi-qodu edəcəklər. Enerjinizdən dağıdıcı istiqamətdə istifadə etməyin. Spirtli içkilərdən uzaq durun.