Günün ulduz falı (05.11.2013)

QOÇ 

Yeni layihəyə və ya işə başlayın. Faydalı məlumatlar toplayın. Perspektivli əlaqələr yaratmaq üçün əlverişli gündür.

BUĞA

Tələsməyin, düşünülməmiş və hisslərə əsaslanan addımlar atmayın. Axşam saatlarında dincəlin. Səhhətinizin qeydinə qalın. Idmanın istənilən növü ilə məşğul olmaqda xeyir var.

ƏKIZLƏR

Şansları əldən verməyin. Yaradıcılıq imkanlarınız yüksəkdir. Gərəkli hesab etdiyiniz işlə məşğul olun. Ümumi maraqlar müstəvisində heç bir problem olmayacaq.

XƏRÇƏNG

Yaxınların fikir və mövqelərinə diqqət yetirin, amma öz bildiyiniz kimi davranın. Maksimum uğur əldə etmək üçün nə gərəkdiyini aydınlaşdırın. Yaxın vaxtlarda böyük iş olacaq, özünüzü buna hazırlayın.

ŞIR

Mümkün qədər çox məlumat əldə edin, təmaslar və əlaqələri məhdudlaşdırmayın. Sərfəli işlərin təməli bu gün qoyulur. Günün ikinci yarısında təkbaşına çalışın, diqqətli olun, tapşırıqları yerinə çatdırın. Zahiri görünüşə dəyişikliklər etmək üçün faydalı gündür.

QIZ

Maliyyə məsələlərinə diqqət yetirin. Əsas işləri ciddi nəzarət altında saxlayın. Səhhətinizin qeydinə qalın. Yaxşı qidalanmağa, təmiz havada gəzintiyə çıxmağa, yuxusuz qalmamağa çalışın.

TƏRƏZI

Bu gün istənilən işin öhdəsindən gələ bilərsiniz. Təcrübə, bilik və bacarıqlarınız problemin optimal həllini təmin edəcək. Özünüzü sakit hiss etmək üçün ciddi problemi görməməzliyə vurmayın. Alış-veriş üçün əlverişli gündür.

ƏQRƏB 

Əla gündür. Yeni işə, layihəyə başlamaq, dəyişikliklər və yeniliklərlə bağlı qərar qəbul etmək olar. Yaradıcı axtarış nəticə verəcək. Gün istirahət də uğur vəd edər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.

OXATAN

Problemlərin həllinə yaradıcı münasibətə ehtiyacınız var. Əhvalınız dəyişkən olacaq. Bəzi münasibətlərdə durğunluq olarsa, səmimi olmaqla əlaqələrinizə aydınlıq gətirin.

OĞLAQ

Diqqətinizi ciddi işlərə yönəldin. Tələsməyin, soyuqqanlı olun. Ünsiyyət üçün əlverişli gündür. Axşam saatlarını yaxşı istirahət edin.

DOLÇA

Yaxın gələcəklə bağlı perspektiv işlərin təməlini qoyacaqsınız. Əlavə tapşırıqdan boyun qaçırmayın.

Uzun müddətdən bəri gerçəkləşdiriləcəyi vaxtı gözləyən ideyalara diqqət yetirin. Axşam saatlarında vaxtınızı xoş keçirin.

BALIQLAR

Işgüzar əməkdaşlıqda sərfəli yeniliklər, problemin uğurlu həlli, suallara müsbət cavabların alınması mümkündür. Yaxın gələcəklə bağlı perspektivləri müzakirə edin. Həyatınızda köklü və ciddi dəyişikliklər etməyin.