AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Rəsul Mürsəlov saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalıb. Bu barədə “Azadlıq” a onun yaxınlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, Rəsul Mürsəlov 1 ay Şüvəlan həbsxanasında saxlandıqdan sonra, ötən gün yenidən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Müəssisəyə gətirildikdən sonar onun saçını zorla qırxıblar və ona fiziki zor işlədiblər. Yaxınlarının sözlərinə görə, Rəsul Mürsəlovu döyənlərdən biri Telman adlı baş əməliyyatçı olub. Göstərişiçin isə həbsxana rəisi Əli İbrahimovdah gəldiyi deyilir.
Rəsul Mürsəlovun üzləşdiyi münasibətin səbəbinə gəlincə, yaxınları deyir ki, o, “Azadlıq”a göndərmək istəyib. Belə ki, 1 ay öncə Şüvəlana etap olunarkən Rəsul Mürsəlov yazdığ məktubu da özü ilə götürüb və həbsxanada baş verən neqativ hallarla bağlı məlumatı “Azadlıq”a göndərmək istəyib. Ancaq onun üzərində axtarış aparılarkən məktub tapılıb. “Görünür, həbsxana rəhbərliyi bunu unutmayıb və ilk fürsətdə qisas almaq istəyib”, – deyə dustağın yaxınları bildirir.
Qeyd edək ki, Rəsul Mürsəlov bundan öncə də zorakılığa məruz qalmışdı və həbsxanada aclıq aksiyası keçirmişdi.
Mürsəlov “Eurovision” ərəfəsində təşkil olunan “Sing for democrasy!” (Demokratiya naminə oxu!) kampaniyasının fəal iştirakçılarından olub. Musiqi yarımasından sonra tutularaq 15 sutkalıq inzibati həbslə cəzalandırılmışdı. Daha sonra isə guya Balakən –Zaqatala bölgəsində sərhəd pozuculuğunda günahlandırılaraq 1il 6 ay müddətində azadlıqdan məhrum edilib.
İlham


