Dünən itkin düşdüyü bildirilən Avropa.info-nun əməkdaşı Sahib İslamovu maşın vurubmuş. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Qəza törədən avtomobilin sürücüsü jurnalisti xəstəxanaya çatdırıb.
Sahib İslamovun durumu ağır olaraq qalır. Saytın rəhbəri Ruslan Bəşirli bu gün Sahib İslamova baş çəkərək onun vəziyyəti ilə maraqlanıb. R.Bəşirli bildirib ki, hazırda jurnalistin vəziyəti ağır olaraq qalır. “S.İslamovun keçirdiyi qəza nəticəsində baş nahiyəsindən üç sümük çatı, sağ qolu və sağ ayaq nahiyəsindən üç sınıq xəsarəti müəyyən edilib. Həkimlərin onun vəziyyətini ağır olaraq qiymətləndirirlər və o hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Yanına heç kim buraxılmır”, – R.Bəşirli deyib. R.Bəşirli onu da bildirib ki, jurnalisti vuran avtomobil sürücüsü hadisə yerindən qaçmayıb və onu xəstəxanaya yerləşdirib.


