ABŞ-da yeni iPad-lərin satışlarına start verilib

5-ci nəsil iPad sayılan yeni modellər ABŞ-la yanaşı dünyanın bir neçə ölkəsində də eyni anda satışa çıxarılıb. 9.7 düyüm ekrana sahib olan yeni modellər əvvəlki modellə müqayisədə 28 % daha yüngül və 20 % daha incədir. iPad 64 bitlik a7 prosessoru üzərində çalışır. O həmçinin yüksək keyfiyyətli 5 megapiksellik İsight kamerası ilə təchiz edilib. Tabletləri əldə edən müştərilər sevinclərini gizlətməyiblər. Birləşmiş Ştatlarda yeni iPad Air 499 dollara başa gəlir. Apple cari ilin 4 rübündə 14 100 000 iPad satıb ki, bu o qədər də yüksək göstərici deyil. Ekspertlər bunu istifadəçilərin iPadın yeni modelinin gözləməsi ilə izah edirlər.

musavat.com