Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Rəşad Ramazanovun işi üzrə növbəti proses keçirilib. Prokuror çıxış edərək R.Ramazanova 10 il iş istəyib. Müdafiə tərəfin yekun çıxışı noyabrın 13-nə təyin edilib. R. Ramazanov CM-in 234.4.3-cü maddəsi (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanması və satışı) ilə ittiham olunur.
Bu maddə üzrə maksimum cəza tədbiri 12 il azadlıqdan məhrumetmədir. O, mayın 9-da metronun “20 Yanvar” stansiyası yaxınlığında saxlanılıb. Polisin iddiasına görə, R.Ramazanovun üzərindən 9 qr heroin tapılıb. Lakin Ramazanov özü ittihamı təkzib edərək narkotik maddənin siyasi motivlərlə onun üzərinə qoyulduğunu bəyan edib. Blogger “Facebook”da Azərbaycan hakimiyyətini kəskin tənqid etməsi ilə məşhurdur. R.Ramazanov öz “Facebook” səhifəsində (Rashad Heqiqet Ağaaddin) din, azadlıq, ədalət mövzularında məqalələr, statuslar yazırdı. O, Azərbaycan hakimiyyətini “şeytan Əliyevlər rejimi” adlandırmışdı. Maraqlıdır ki, həbsindən sonra 10 gün ərzində o, qanuna zidd olaraq “Bandotdel”də saxlanılırdı və yalnız hüquq müdafiəçilərinin və mətbuatın müdaxiləsindən sonra Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülmüşdü(Turan).
Prokuror bloggerə 10 il iş istədi
•


