Naxçıvanın su altında qalan abidələri…

«Araz» Arxeoloji-Etnoqrafik Ekspedisiyası

Hələ 60-cı illərdə Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatların mühüm bir hissəsini “Araz” Arxeoloji-Etnoqrafik Ekspedisiyası aparmışdır. AMEA Tarix Institutunun təşkil etdiyi bu ekspedisiya Naxçıvan şəhəri yaxınlığında, Araz çayı üzərində SES tikintisi zamanı su altında qalacaq arxeoloji abidələri tədqiq etmək məqsədilə 1968-ci ildə fəaliyyətə başlamışdır. 

Üç dəstədən ibarət olan ekspedisiya hazırda su altında qalmış, böyük tarixi əhəmiyyəti olan Xarabaşəhər,ÿAstabad, Bulqan, Təzəkənd, Qaraçuq,ÿQızılburun, Qaraxanbəyli, Böyükdüz, Şahtaxtıÿvə digər abidələri tədqiq etmişdir.

Bu ekspedisiya zamanı Azərbaycanÿ mütəfəkkiriÿ Nəimininÿvətəni olan Astabad ÿşəhərində, habelə, XIX əsrin əvvəllərində Qacarlar sülaləsindən olan Azərbaycan hakimi Abbas Mirzənin tikdirdiyi Abbasabad qalasında, Ölənşəhr və Muncuqtəpə yaşayış yerlərində qazıntılar aparılmışdır.

Məşhur Astabadÿ şəhər qalıqlarında aparılmış arxeoloji tədqiqatlar nəticəsində şəhərin tarixinə dair bir sıra məsələlər aydınlaşdırılmış və onun yaşayış məskənləri, istehsal mərkəzi aşkara çıxarılmışdır.

Bundan başqa, Xaraba şəhərinÿ Naxçıvanÿ şəhərindən səkkiz km cənubda yerləşənÿ Qaraçuqÿ kəndi yaxınlığındakı qalıqlarında aparılan tədqiqatlar nəticəsində yaşayış evləri, son orta əsrlərin (XIV-XVII əsrlər) təsərrüfat həyatı və mədəniyyətinə aid zəngin faktlar aşkar edilmişdir. Buradan dəmirçixana, 20 kvadratmetrlik emalatxana, istehsalı başa çatdırılmamış kərənti, oraq, balta, dəhrə və digər əmək alətlərinin hissələri tapılmışdır.

Ekspedisiya II Kültəpəÿyaşayış yerində də tədqiqat işləri aparmış, e.ə. II-I minilliyin əvvəllərinə aid mədəni təbəqələrdən qala divarının bünövrəsi, tikinti qalıqları, sadə və boyalı keramika, daş və sümük alətlər aşkar olunmuşdur.

Naxçıvan şəhərindən 12 km cənub-şərqdə,ÿAraz çayının sahilində yerləşən orta əsr şəhəri olan Astabad məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəiminin doğulduğu və yaşadığı şəhərdir.

Qədim şəhərin xarabalığı indikiÿ Təzəkəndin ÿyaxınlığındadır. Astabad şəhərinin adına XIV əsrdən başlayaraq mənbələr və rəsmi sənədlərdə təsadüf edilməkdədir. XVIII-XIX əsrlərdə isə şəhərin adı tədricən unudulmuş, bəzən isə yaxınlığındakı monastırın adı ilə ÿQızılvəngÿ adlandırılmışdır. Burada aparılan tədqiqatlar zamanı 1895-ci ildə Astabadda gildən yüksək hazırlanmış kişi heykəlləri tapılmışdır.ÿ1926ÿ-cı ilə qədim qəbiristanlıqdakı arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid nəfis boyalı qablar, silahlar və üzərində insan təsviri olan daş aşkar olunmuşdur.ÿ 

Hürufiliyin əsas mərkəzlərindən biri Astabad

Tarixi mənbələr göstərir ki, orta əsrlərdə Astabad hürufiliyin əsas mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılar həmin hərəkatın banisi və rəhbəri ÿFəzlullah Nəimi Astabadinin (1339-1394) də bu şəhərdə doğulduğunu və yaşadığını qeyd edirlər. Nəimi doğma şəhərinin şərəfinə “Astabadi” təxəllüsünü götürmüşdür. 

Bu qədim şəhər feodal ara müharibələri nəticəsində dağıdılmış və tərk edilmişdir.ÿ1967-1971-ci illərdə ÿAraz su qovşağının tikintisi zamanı bu dəyərli tarixi abidə su altında qalmışdır. Şəhərdə epizodik şəkildə tədqiqatlar aparılmış, ciddi elmi axtarış və qazıntılara cəlb edilməmişdir.

Astabad nekropolu Astabad şəhəri yaxınlığında orta əsrlərə (XII-XVIII əsrlərə) aid qəbiristanlıqdır. Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç tipli abidələr olmuşdur. Bu qəbir daşlarının əksərinin üzərindəÿərəb qrafikasıÿilə kitabələr saxlanmışdır.

Nekropolda kəşfiyyat xaraketrli tədqiqat aparılmışdır. 1967-1971-ci illərdəÿ Araz su qovşağınınÿtikintisi zamanı Astabad nekropolu da su altında qalmışdır. 

Qeyd etdiyimiz kimi, Araz su qovşağının altında qalan abidlər siyahısında Böyük düzÿ və ya ÿKöhnə Böyük düz ÿabidələri də var. Bu, Kəngərliÿ rayonunda son Tunc və ilk Dəmir dövrlərinə aid yaşayış yeri kompleksi olub.ÿ Abidədə tədqiqat işləri 1973-cü ildə aparılmış və buradakı uzunsov təpədən tikinti qalıqları aşkar olunmuşdur. Təpənin üzərinə müxtəlif formalı, boz və qırmızı rəngli qab qırıqları səpələnmişdi. Mədəni təbəqə kül qarışıq gil laylardan ibarət idi; boz və qırmızı rəngli gil qab qırıqları, osteoloci qalıqlar, istehsal tullantıları, həmçinin, çaxmaqdaşı və obsidian (dəvəgözü) qırıntıları, şüşə və dəmir məmulatı fraqmentləri aşkar olunmuşdur. Abidədən əldə olunmuş materiallarÿ Naxçıvan Dövlət Tarix Muzeyində sərgilənməkdədir. Abidənin e.ə. II-I minilliklərə aid olması ehtimal edilir. 

Araz su qovşağıÿ tikilərkən su altında qalan məşhur abidələrdən biri də Abbasabad qalasıdır. O, Naxçıvan şəhərinin 6 km cənub-şərqində, ÿAraz çayı ÿsahilində yerləşən hərbi istehkam tipli qala olmuşdur.

Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasındaÿ1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində tikilən qalanın bürcləri olub. 

Tarixi mənbələrdə göstərilir ki, Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt olmuşdur. Birinci Rusiya-Iran müharibəsinin gedişində (1804-13) dəfələrlə ağır məğlubiyyətə uğrayan Iran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. Iran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və Iran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi.

Əcnəbilərin poliqonu – Abbasabad qalası

Abbasabad qalası Abbas Mirzə tərəfindən Avropa memarlığı üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi. Qala Iran mövqelərinin rus ordusunun hücumlarından qorunması üçün mühüm məntəqə hesab edilirdi.

O.Yevetski yazırdı ki,ÿ”Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən tikilib möhkəmləndirilmiş, bürcləri olan beşbucaqlı poliqondur. Abbasabad qalası vaxtilə bu bölgədə mövcud olan qədim Astabad yaşayış məntəqəsinin yerində inşa edilmişdir”.

“Vikipedia”da əksini tapmış məlumatda Abbasabad qalası rus tarixçisi N.Nefedovunÿ1839-cu ildə nəşr olunmuş yol qeydlərində daha ətraflı təsvir olunur:ÿ”…Naxçıvanın əks tərəfində zərərli iqliminə görə tərk edilib dağıdılmış Abbasabad qalası görünür. Mən fransız mühəndislərinin tikdikləri bu tikiliyə baş çəkməyi özümə borc bildim. Məhz həmin mühəndislər otuz il əvvəl qarışıq bir zamanda onun tikintisi ilə məşğul olmuşlar. Daşla hörülmüş və lazım gəldikdə su ilə doldurulan dərin xəndək, ikiqat mazğalı olan divar, bürclər, daşla örtülmüş yollar və istehkamın müdafiə vasitələri göstərir ki, Iranın əvvəlki dostları burada həqiqətən çox böyük məharətlə çalışmışlar. Onu da xüsusi qeyd etmək lazımdır ki, onlar böyük uzaqgörənliklə qalanı elə tikmişlər ki, körpü üzərinə çıxan qarnizon Arazın o tayına, öz ölkələrinin içərilərinə təhlükəsiz çəkilə bilsin”.

Abbasabad qalası birinci Rusiya-Iran müharibəsinin gedişində fransızlar tərəfindən tikilmiş, Gülüstan müqaviləsindən (1813) sonra isə ingilislər tərəfindən bərpa edilərək yenidən qurulmuşdur. Çox güman ki, Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra qala baxımsızlıq ucbatından yararsız hala düşmüşdür. Abbasabad qalası Iran ordusunun Cənubi Qafqazda mühüm dayaq məntəqələrindən biri olub, Azərbaycanın cənubuna gedən yolun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edirdi.

O da məlumdur ki, II Rusiya-Iran müharibəsindəÿ(1826-1828) Abbasabad qalasında döyüşlər olmuşdur. Qalanı 4000 sərbaz və 500 atlı müdafiə edirdi. Qalanın baş mühafizi Iran ordusuna komandanlıq etmişÿ Abbas Mirzənin ÿkürəkəni Məhəmməd Emin xan idi. Ehsan xan Kəngərli də qalanın mühafizi olmuşdur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir