Günün ulduz falı (01.11.2013)

QOÇ

Istəklərinizi ortaya qoymaq üçün uyğun bir gündür. Son dərəcə təsiredici olacaqsınız. Fikirlərinizi rahatca qəbul etdirə bilər, təşkilatçılıq işlərilə məşğul ola bilərsiniz. Uzaqlarda olan dostlarınızla xəbərləşəcəyiniz də istisna deyil.

BUĞA

Səbirsiz və gərgin olacaqsınız. Hisslərinizə nəzarət etməniz lazımdır. Qərarlarınızı dəyişdirmədən əvvəl bir daha nəzərdən keçirin. Başınız qarışıq olduğu üçün sağlamlıq problemləri çıxa bilər. Tədbirli olun.

ƏKIZLƏR

Bəzi məqamlara reaksiya versəniz belə hisslərinizə nəzarət etməyi bacaracaqsınız. Istəklərinizin gücü sizi motivasiya edir. Səbirsiz və həyəcanlı davranışlardan uzaq olun. Uzaqlara səyahət etmək arzusu istək olaraq qalır.

XƏRÇƏNG

Bu gün özünüzü yüngülləşmiş hiss edəcəksiniz. Işlərinizi asanlıqla tamamlayacaq, maneələri çətinlik çəkmədən aşacaqsınız. Romantik münasibət sizi xoşbəxt edəcək. Son dərəcə enerjili şəkildə hərəkətə keçə bilərsiniz.

ŞIR

Romantik gərginliyinizi ətrafdakılara hiss etdirməyin. Qonşularınız və yoldaşlarınızla aranızda yanlışlıq üzündən problemlər çıxa bilər. Şübhəli fikirlər başınızı qarışdıracaq. Uzaqlardan ziyarətinizə gələ bilərlər.

QIZ

Bəzi hadisələr səbəbiylə gərgin ola bilərsiniz. Ancaq hadisələrin səbəbləri üzərində çox dayanmadan praktik həlli yollarını tapa biləcəksiniz. Ailə fərdlərinin problemləriylə yaxından maraqlanacaq, dostlarınıza köməkçi olmağa çalışacaqsınız. 

TƏRƏZI

Duyğu və istəklərinizin dəyişməyə başladığının fərqindəsiniz. Buna bağlı olaraq həyata baxışınız da dəyişir. Uzaqlara getmə arzusu baş qaldıracaq, həyatınızda böyük dəyişikliklər etməyi planlaşdıracaqsınız. Gün boyu şən olacaqsınız.

ƏQRƏB

Dostlarınızdan eşidəcəyiniz bir xəbər kefinizi açacaq. Uzaqlarda olan bir dostunuzla xəbərləşəcək və ya təsadüfən qarşılaşacaqsınız. Birlikdə xoş bir gün keçirə, köhnə günlərdən danışa bilərsiniz. Dəvətlərə qatılın, mədəni fəaliyyətdən uzaq durmayın.

OXATAN

Bəzi inkişaflar düşüncələrinizi hərəkətə keçirəcək. Yeni planlar, maraqlı fikirlər istisna deyil. Kiçik yığıncaqlar təşkil edə bilər, dostlarınızla şən vaxt keçirə bilərsiniz. Alacağınız təkliflər xoşunuza gələcək. 

OĞLAQ

Özünüzü güclü və qərarlı hiss edəcəksiniz. Dostlarınızla görüşəcək, əlaqələrinizi son dərəcə isti və sıx tutmağı bacaracaqsınız. Sevgilinizlə birlikdə gələcəyə istiqamətli planlar qura bilər, proyektlərinizi onunla paylaşa bilərsiniz. 

DOLÇA

Özünüzə uyğun olmayan şəxsə aşıq olma ehtimalı var. Daha sonra peşmanlıq keçirə biləcəyiniz davranışlardan uzaq durun. Dostlarınızla birlikdə olmaq və dəvətlərə qatılmaq gərginliyinizi azaldıb rahatlaşdıracaq.

BALIQLAR 

Yaxın qohumlarınızı axtaracaq, onların ziyarətinə gedəcəksiniz. Ailə üzvlərilə birlikdə olmaqdan zövq alacaq, birliyinizi daha da gücləndirəcəksiniz. Ancaq sevdiyiniz şəxslə aranızda problemlər çıxa bilər. Səbrli davranın.