QOÇ
Hərəkətə keçdiyiniz mövzuda yeni inkişaflar gözlənilir. Müvəffəqiyyətli və qərarlı bir tərz nümayiş etdirəcəksiniz. Bununla da ətrafdakılarda müsbət bir təsir oyandıra bilərsiniz. Həyatınızda dəyişikliklər edəcəksiniz.
BUĞA
Iş əsnasında qəfil ağılınıza gələn bir fikri tətbiq etmək istəyəcəksiniz. Yoldaşlarınızın davranışlarından təsirlənəcək, onları səhv anlayacaqsınız. Yaxınlarınızın problemləriylə maraqlanmanız lazımdır.
ƏKIZLƏR
Maliyyə ilə bağlı məsələlərdə bir az daha tədbirli davranmalısınız. Gərəksiz yerə pul xərcləməyin. Ayrıca, sevdiyiniz şəxsə bir az vaxt ayırın. Laqeyd münasibət bəslədiyinizi düşünə bilər.
XƏRÇƏNG
Işlərinizlə əlaqədar alacağınız bəzi xəbərlərdən təsirlənəcək və içinizdə yeni istəklər baş qaldıracaq. Yeni planlar quracaq, işlərinizi sürətləndirəcəksiniz. Fikirlərinizi dostlarınız və sevgilinizlə paylaşa bilərsiniz.
ŞIR
Başınızı qarışdıran vəziyyətlərlə qarşılaşacaq, qərar verməkdə çətinlik çəkəcəksiniz. Ailə üzvləri və iş yoldaşlarınızla aranızda çıxa biləcək anlaşılmazlıqları böyütməyin.
QIZ
Özünüzə olan inamın yüksək olması, sevgilinizə də təsir edəcək. Qarşı tərəfin dəstəyini sayəsində işlərinizi sürətləndirəcəksiniz. Uğurlu işləriniz olacaq, sərmayə qoymaq istəyəcəksiniz.
TƏRƏZI
Son dərəcə sakit, rahat və şən bir gün keçirəcəksiniz. Hadisələr istəkləriniz istiqamətində inkişaf edəcək. Gəlirlə bağlı işləriniz artır.
ƏQRƏB
Hadisələri qiymətləndirərkən tələsməyin. Yüksək əhvalla çox xoş işlər görəcək və əlinizə keçən fürsətləri yaxşı istifadə edəcəksiniz. Üstəlik, fürsətlər ayağınıza qədər gələcək.
OXATAN
Bu gün çox xoş romantik anlar yaşayacaqsınız, hisslərinizi segvilinizlə paylaşacaqsınız. Istəkləriniz getdikcə artır. Böyük ümid bəslədiyiniz məsələləri əldə etmək üçün səbirsiz davranmayın.
OĞLAQ
Son dərəcə hərəkətli bir gündür. Sevgilinizin isti münasibəti sizə mənəvi rahatlıq verəcək. Əhvalınız getddikcə yüksələcək.
DOLÇA
Narahatlıq və şübhələrinizi uyğun bir dillə izah etməyə, istəklərinizi dilə gətirməyə səy göstərin. Qəlbinizin dərinliyində basdırdığınız duyğuları ifadə etməkdən qorxmayın. Ancaq danışarkən sözlərinizə diqqət yetirin.
BALIQLAR
Son dərəcə gərgin olmağınıza baxmyaraq, günün bir xəbəri kefinizi açacaq. Bu aralar çox məsuliyyətli işlərlə yüklənə bilərsiniz. Həddindən artıq templə işləməyiniz sizi yoracaq. Istirahət edin.