Əzizim Şahvələd bəy!
Bu gün sənin doğum günündür və mən bir zamanlar bizim ölkənin hər bir duyarlı insanı üçün məhz sənin adınla anılacaq bu gündə nələrsə yazmaq istədim.
Və kəlmələrin səni anlatmağa yetərsiz olduğunu hiss etdim bir anda.
Amma yenə də, hər nə olursa olsun, cəhd etməyə qərar verdim.
Gəl gör ki, bu dəfə də nəyi anlatmalı olduğuma qərar verə bilmədim.
Bəyəm illərdən bəridir sənin yalana qarşı dik duruşunla…
Həqiqətlə çiyin-çiyinə yürüşünlə…
Zülmə, istibdada qarşı hayqırışınla…
Bu ölkənin sürükləndiyi bataqlığa, uçuruma, qaranlığa dirənişinlə…
Hər zaman haqlıdan, doğrudan yana varoluşunla Azərbaycanın örnək insanına, aydınına çevrildiyini anlamayanlar varmı ki, bu məmləkətdə…
Varsa, hər zaman əzəndən deyil, əziləndən…
Güclüdən deyil, haqlıdan…
Nifrətdən deyil, sevgidən…
Zülmətdən deyil, işıqdan yana olan qəlbinin və qələminin gücü onlara bunu anlatmayıbsa, mənim kəlmələrim, sözlərim bunu onlara anlatmağa yetərmi ki…
Yaxşı ki, doğulmusan, Bəy!
Yaxşı ki, varsan!
Səndə bu özgürlük ruhu…
Bu aydınlıq sevdası…
Bu ədalət eşqi varkən, Azərbaycanın qollarındakı qandallardan…
Qarşısındakı qanqallardan…
Başı üstündəki dəyənəklərdən xilas olmaması mümkünsüzdür.
Sənin kimi dəyərli insanların – aydınların var olduğu sürəcə günəşli günlərə dair ümidlərimiz bitməz…
Azadlıq sevdamız azalmaz.
Ədalətli, çağdaş, mədəni bir dünya ölkəsinə çevrilmək ehtirasımız sönməz.
Və icazə ver, bundan sonra sənə deyəcəklərimi ustad Nazım Hikmətdən dərlədiyim misralarla deyim.
O misralarla ki, həm səni və sənin kimi mübarizə, mücadilə adamlarını, həm də sənin getdiyin, səninlə getdiyimiz yolu ən gözəl şəkildə…
Ən dəqiqliklə…
Ən içdənliklə anladır.
Deyir ustadımız:
yerimək;
yürümeyenleri arkasında boş sokaklar kibi burakarak,
havaları boydan boya yapır ikiyə
karanlığın gözünə bakarak yürümək…
yürümək;
dost omuzbaşlarını omuzlarının yanında duyub,
kelleni orta yerə
yürəyini yumruklarının içinə qoyub yürümək…
yürümek;
yolunda pusuya yattıklarını,
arkadan çelme attıklarını bilerek yürümek…
yürümek;
yürekten gülerekten yürümek…
Və onu da deyir ki, ustadımız:
Annelerin ninnelerinden
spikerin okuduğu habere kader,
yürükte, kitapda ve sokakta yenebilmek yalanı…
Və həm də belə deyir ustadımız:
Koşuyor altı yaşında bir oğlan,
üöürtməsi keçiyor ağaslardan,
siz də böylə koşmuötunuz bir zaman.
Çocuklara qıymayın efendiler.
Bulutlar adam öldürmesin.
Və ustadımız bir də onu deyir ki:
Inanın, güzel günler göreceksiz cocuklar
Güneşli günler göreceksiz
Motorları maviliklere sürecekiz cocuklar
Işıklı maviliklere sürecekiz
Cocuklar inanın, inanın cocuklar
Güzel günler güreceksiz güneşli günler
Bir daha doğum günün qutlu olsun, Şahvələd bəy!
Və səni bizimlə birləşdirən, doğmalaşdıran arzular, xəyallar çin olsun!
Başqa nə deyim, bilmirəm.
Zatən, bundan başqa nə desəm belə, bir anlamı qalarmı?!.